“Bu, Emin Millinin xidmət etdiyi qüvvələrə verdiyi hesabat müsahibəsidir”
Tarix: 15.04.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Əkrəm Əylislinin, Rüstəm İbrahimbəyov və Emin Millinin son əməlləri onu göstərir ki, onlar ölkəmizdə sabitliyin olmasında maraqlı olmayan qüvvələrə xidmət edirlər”

Əkrəm Əylislinin, Rüstəm İbrahimbəyovun hamıya məlum olan son əməllərindən sonra, bu dəfə Emin Milli Türkiyədə ermənilərin “Agos” qəzetinə müsahibə verərək, ölkəmizdə demokratiyanın boğulduğu təsəvvürü formalaşdırmağa çalışıb. “Agos” qəzeti də öz növbəsində müsahibin ünvanına təriflər yağdıraraq onu “demokrat” adlandırıb.

Azərbaycanda “ərəb baharı”nın gözlənildiyini deyən Emin Milli “meydanları işğal edəcəklərini” də sözlərinə əlavə edib. Onun erməni qəzetinə verdiyi müsahibə onunla eyni fikirdə olanların qaranlıq qüvvələrin maraqlarına xidmət edən çirkin məqsədlərindən xəbər verir. Əlbəttə ki, Emin Millinin bu hərəkəti xalqımızın, ictimaiyyətin tanınmış nümayəndələrinin, gənclər təşkilatlarının kəskin etirazlarına səbəb olub. Məsələ ilə bağlı Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun fikirlərini öyrəndik: “Birinci məsələ ondan ibarətdir ki, o, erməni qəzetinə müsahibə verib. Emin Milli burada Türkiyə mediasını Azərbaycanda baş verən prosesləri işıqlandırmadığı üçün tənqid edir və “Milliyet” qəzetində çıxan ölkəmizlə bağlı kiçik bir yazını digər media orqanlarına örnək kimi göstərir, məsələni şişirtməyə çalışır. Bu fakt onu göstərir ki, Türkiyə ictimaiyyəti və mediası, Azərbaycandakı inkişaf haqqında kifayət qədər məlumatlıdır. Əgər onlar Emin Milli kimi düşünsəydilər Azərbaycanı tənqid etməkdən çəkinməzdilər. Çünki Türkiyə mediası azad mediadır və lazım olduqda öz ölkələrini belə tənqid etməkdən çəkinmirlər. Emin Milli Türkiyə kimi böyük ölkədə özünə hörmət edən qəzetləri, media orqanlarını bir kənara qoyub erməni qəzeti “Agos”a müsahibə verməzdi. Ermənistan bizə düşmən olduğu üçün sözügedən qəzet üçün Emin Millinin müsahibə vermək istəyi “göydəndüşmə” kimi olub. Onlar bu təklifi sevinclə qəbul ediblər. Bu müsahibəni cəfəngiyyat adlandırıram. Çünki burada ölkəmizdə müxalifətə yer verilmədiyi qeyd olunur. Əgər statistikaya diqqət yetirsək, Azərbaycandakı siyasi partiyaların təxminən 80%-nin müxalifət partiyaları olduğunu demək mümkündür. Onların hamısının ofisi, sədrlərinin maşını, mühafizəçiləri, qəzetləri, internet səhifələri və s. var. O qeyd edib ki, müxalifətin axırıncı mitinqində 6000-7000 nəfər gənc olub. Ora toplaşanların ümumi sayını nəzərə alsaq, Emin Millinin rəqəmin arxasına sıfırın birini əlavə etdiyini demək olar. Eyni zamanda Emin Milli müsahibəsində təhsil aldığı yeri, təhsil səviyyəsini, praktika keçdiyi yeri və s. açıqlayır. Əslində o, bunu deməklə hansı qüvvələrə xidmət etdiyini göstərir. Mən həm də qarabağlı kimi bunu qəbul etmirəm, pisləyirəm. Özünə hörmət edən şəxs ölkəsində nə olursa-olsun, ondan düşməninə şikayət etməz. Mən bunu qəbul etmirəm. Burada bir qürur məsələsi də var. Emin Millinin sözü ilə meydanlara onun özü qeyd etdiyi kimi çıxacaq insan yoxdur. Aldananların çoxu gənclərdir. Bu, pafosdur, qaragüruhluqdur. Bu, onun xidmət etdiyi qüvvələrə verdiyi hesabat müsahibəsidir. Əkrəm Əylislinin, Rüstəm İbrahimbəyov və Emin Millinin son əməlləri onu göstərir ki, onlar ölkəmizdə sabitliyin olmasında maraqlı olmayan qüvvələrə xidmət edirlər. 1991-ci ildən başlayaraq Azərbaycana qarşı belə təzyiqlər olub, ölkəmizi daxildən sarsıtmaq istəyən qüvvələr olub. Lakin xalqımız kimin kim olduğunu artıq tanıyır və öz dövlətinə bağlıdır, öz Prezidentinə inanır.”

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info