Narkotiklərə qarşı mübarizə məqsədilə gənclər arasında maarifləndirmə aparılır
Tarix: 13.03.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş 8-ci qrant müsabiqəsində "Yeniyetmələrin sağlam həyat tərzi” mövzusunda qalib olan "Sağlam gələcək” layihəsi həyata keçirilib. Layihənin rəhbəri Sübhan Dadaşovdur. Layihənin məqsədi narkotiklərə qarşı mübarizə kampaniyası çərçivəsində gənclər arasında maarifləndirmə işinin daha effektiv aparılması və kütləviliyin təmin olunması üçün KİV vasitəsi ilə ictimaiyyəti məlumatlandırmaqdır. Layihə çərçivəsində gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusunda Masallı və Lerik rayonlarında təlimlər keçirilib.Təlimlərdə 150-dən çox gənc sağlam həyat tərzinə təsir edən neqativ amillər – narkomaniya, alkoqol aludəçiliyi, siqaretin mənfi təsirləri ilə bağlı məlumatlandırılıb. Eyni zamanda bu günün əsas bəlası olan narkomaniya mövzusuna geniş yer verilib. Gənclərə bu bəlanın fəsadları, ondan qorunma yolları barəsində ətraflı təlimlər keçirilib. Təlimlər zamanı gənclərə mövzu ilə əlaqədar olaraq bukletlər paylanıb, video və fotolardan ibarət təqdimat göstərilib. Təlimlərdə fəal iştirak edən gənclərə sertifikatlar verilib. Tədbirlərdə rayon icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin, təhsil şöbələrinin nümayəndələri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info