Cocuq Mərcanlıda yarımstansiya quraşdırılacaq
Tarix: 13.03.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC ölkənin regionlarında, xüsusilə də cəbhə bölgələrində təxirəsalınmaz yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işlərini davam etdirir. “İşıqlı Azərbaycan” layihəsində önəmli və xüsusi yeri olan cəbhə bölgəsində işlər demək olar ki, ekstremal vəziyyətlərdə aparılır. Buna görə də “Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimində işləyir.
ASC-dən bildirilib ki, Goranboyun Tapqaraqoyunlu və digər kəndlərində aprel döyüşlərində zədələnən xətlər tam bərpa edilib. Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kilovolt (kV) Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəzlənib. Aprel döyüşləri zamanı 0.4 kV şəbəkədə zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.
Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Füzuli rayonundakı 10 yarımstansiyada, 728 kilometr transformator məntəqəsində (KTM) profilaktik tədbirlər görülüb. Bundan başqa, ərazidə 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator dəyişdirilib. Yeni SİP kabellərin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.
Ağdam rayonunun cəbhə bölgəsinə yaxın təmas xəttində yerləşən Əfətli kəndi ərazisində 1 yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilib. Eyni zamanda, 1.2 kilometr məsafədə 35 kv-luq elektrik hava xətləri, cəbhəboyu və digər kəndlərdə 32 ədəd müasir tipli transformator məntəqələri quraşdırılıb. 691 ədəd ümumi uzunluğu 29,7 kilometr olan 10 kv-luq və 373 ədəd uzunluğu 11,2 kilometr olan 0.4 kv-luq istismara yararsız dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz olunub. Bununla paralel olaraq 3369 ədəd izolyator, 691 ədəd travers, 38440 metr naqil və 8950 metr kabel çəkilib və ya dəyişdirilib. 32 ədəd müxtəlif güclü müasir tipli transformator məntəqələri quraşdırılıb. Həmçinin rayon ərazisində olan 1 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10 kv-luq yarımstansiyalarda, 5 ədəd güc transformatorunda, 230 ədəd transformator məntəqəsində müxtəlif təmir-bərpa işləri görülüb.
Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən 35 kv-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri aprel döyüşləri zamanı ağır artilleriya atəşi nəticəsində sıradan çıxsa da, qısa zamanda bərpa edilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı, həmin ərazidə 49 ədəd izolyator çətin şərait olmağına baxmayaraq dəyişdirilib. Həmçinin erməni işğalından azad edilən Çaylı kəndinə 2450 metr hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Nəticədə Çaylı kəndinə 22 ildən sonra elektrik enerjisi verilib.
Tərtər-Ağdam yolunun kənarındakı məcburi köçkün qəsəbələrini işıqla təmin etmək üçün 2055 ədəd yeni dayaq basdırılıb, 2900 dayaq əvəzlənib, 101 kilometr kabel çəkilib, 603 ədəd izolyator, 20190 metr naqil dəyişdirilib. Həmçinin cəbhə bölgəsinə yaxın kəndlərdə 4 ədəd KTM yenidən qurulub.
Cəbrayıl rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarının və ətraf ərazilərin, həmçinin hərbi obyektlərin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cocuq Mərcanlı yarımstansiyasının quraşdırılması planlaşdırılır.
Bununla yanaşı, ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi işlərinə başlanılıb. Çətin və təhlükəli şərait olmağına baxmayaraq, yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək.
Naftalan şəhərinin cəbhə bölgəsinə yaxın olan Qaşaltı-Qaraqoyunlu kəndində 2 ədəd yeni KTM quraşdırılıb ki, bu da 320 kV güc artımına səbəb olub. Həmçinin ərazidə 11 ədəd 10 kv-luq dayaq basdırılıb, 700 metr məsafədə 10 kv-luq hava xətti çəkilib, 400 metr məsafədə həyətyanı sahələrdən keçən 0.4 kv-luq naqillər SİP kabellə əvəzlənib.
Qazax rayonunun sərhəd kəndləri olan Cəfərli və Yuxarı Salahlı kəndləri arasında 18,2 kilometr uzunluğunda 35 kv-luq yeni hava xətt çəkilib. Birinci Şıxlı və İkinci Şıxlı kəndləri arasında 11,2 kilometr uzunluğunda 35 kv-luq Xramçay hava xətti də yenidən qurulub. Sərhəd nöqtəsində düşmənlə üz-üzə olan Avey dağının zirvəsində yerləşən hərbi posta 2,7 kilometr uzunluğunda hava xətti çəkilib. Hazırda təmas xəttində yerləşən yaşayış massivləri arasında 14,2 kilometr uzunluğunda 35 kv-luq “Qazax-1” hava xəttinin Xanlıqlar və Ağköynək kəndlərinin yaşayış evlərinin üzərindən götürülməsi və Kəmərli kəndində yerləşən 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması prosesi gedir. Eyni zamanda, təmas xəttində yerləşən kəndlərdə transformatorların yeni KTM ilə əvəz olunması planlaşdırılır.
Tovuz rayonunun Ermənistanla həmsərhəd bölgəsindəki Muncuqlu kəndində vaxtilə erməni hərbçilərinin atəş nöqtəsində olan və düşmən tərəfindən atılan mərmilərdən tez-tez qəzalı vəziyyətə düşən 850 metr 10 kV-luq hava xətləri həmin ərazidən çıxarılıb və kəndin daxili ilə çəkilərək istifadəyə verilib. Bununla yanaşı, Qaralar kəndində 1,5 kilometr məsafədə yeni müasir tipli 10 kV-luq hava xətti çəkilib, digər sərhəd kəndləri olan Qonaqlı, Məşədivəllər, Böyük Qışlaq, Qaradaş, Ağbulağın hava xətlərində təmir-bərpa işləri görülüb. Həmçinin bu kəndlərin transformator məntəqələrində bərpa işləri görülüb. Ermənistanın Şəmsəddin rayonu ilə böyük məsafədə həmsərhəd olan Əlibəyli kəndində 3,6 kilometr məsafədə sıradan çıxmış 2700 metr hava xətti tam bərpa edilib.
Hazırda Ermənistanla həmsərhəd bölgədə yerləşən kəndlərin həm hava xətlərində, həm də transformator məntəqələrində təmir-bərpa işləri aparılır və yeni, müasir standartlara cavab verən transformator məntəqələrinin quraşdırılması işi görülür.
Qeyd edək ki, “Azərişıq” ASC cəbhə bölgəsinin elektrik enerjisi ilə bağlı məsələlərini xüsusi diqqətdə saxlayır.
 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info