MİDA üç gündə “ASAN xidmət“ vasitəsilə 2572 nəfərə xidmət göstərib
Tarix: 13.03.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının güzəştli mənzillərlə bağlı suallarının "ASAN xidmət" mərkəzlərində cavablandırılması prosesini uğurla davam etdirir.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, "Güzəştli mənzil" elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə 10 mart tarixindən etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. "ASAN xidmət" mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə “108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir.

Müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilmiş və Agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunub.
Agentliyin tabeliyində fəaliyyət göstərən MİDA MMC-nin və "ASAN xidmət"in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilib. Bunlardan 1735 nəfər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək, 837 nəfər isə "108" Çağrı mərkəzinə zəng edərək güzəştli mənzilin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmış, ətraflı məlumat əldə edə bilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info