Səbaildə 100-dən çox vakant iş yerinin siyahısı məcburi köçkünlərə təqdim olunub
Tarix: 13.03.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunmuşdu və onların işlə təmin olunması istiqamətində Rayon İcra hakimiyyətlərinə təkliflər hazırlamaq tapşırılıb.
Müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirə barədə məlumat verib, qeyd edib ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən çox böyük işlər həyata keçirilib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərindən biri olub. Öz dərin intellekti və biliyi, nəcib əməlləri ilə dünya ictimaiyyətinə yaxşı tanış olan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasından sonra keçirdiyi ilk müşavirənin məhz məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələlərinə həsr olunması bir daha sübut edir ki, bu gün Azərbaycan dövlətinin siyasətinin ən mühüm istiqamətlərindən biri ağır sosial vəziyyətdə yaşayan insanlara kömək etməkdən ibarətdir.
Bildirilib ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilib, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunub, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilib və onların siyahısı məcburi köçkünlərə təqdim olunub. Müşavirədə həmçinin məcburi köçkünlərin müraciətlərin həlli ilə bağlı konkret tapşırıqlar verilib, bildirilib ki, tapşırıqların icrası kompaniya xarakterli deyil, daimi olacaq və yerlərdə artıq bu işlərə başlanılıb.
Toplantıda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info