Fransalı senatorlar Cocuq Mərcanlı və Horadizdə olublar
Tarix: 13.03.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Horadiz şəhərinə və Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
Əvvəlcə Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin kəndin bərpası haqqında sərəncamına əsasən ərazidə aparılan minalardan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur.
Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən fransalı qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.
Sonra Horadiz şəhərinə gələn nümayəndə heyətinə Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini pozmaları barədə məlumat verilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, düşmən atəşlərinə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları və təsərrüfat işləri ilə məşğul olurlar.
Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı kəndi kimi, Horadiz şəhəri də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunaraq dağıdılmışdı. 1994-cü ildə şəhər işğaldan azad edildikdən sonra burada geniş bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb. Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib. İndi Horadiz Fransanın Altkirch şəhəri ilə qardaşlaşmış şəhərdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info