Ötən il Naxçıvanda 1403 ton bal istehsal olunub
Tarix: 13.03.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Muxtar respublikada əhalinin özünüməşğulluğunun təmin edilməsində mühüm yer tutan arıçılığın inkişafı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Təkcə ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş ildə 2 milyon 341 min 600 manat həcmində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvarın 1-nə olan məlumata görə, muxtar respublikada 70 min 537 arı ailəsi mövcud olub. Bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9 min 56-sı Şərur, 9 min 736-sı Babək, 13 min 573-ü Ordubad, 13 min 710-u Culfa, 1607-si Kəngərli, 20 min 195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2 min 15-i isə Naxçıvan şəhərinin payına düşüb. Naxçıvan Muxtar Respublikası arı ailələrinin say göstəricisinə görə ölkə üzrə ilk yerdə təmsil olunub.
Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir edib, ötən il muxtar respublikada 1403 ton bal istehsalı qeydə alınıb. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.
İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər arıçılığın inkişafına, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına geniş imkanlar yaradacaq.
MAHMUD




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info