Məktəblilər Qobustana ekskursiya ediblər
Tarix: 13.03.2017 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun informasiya dəstəyi və ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” layihəsi çərçivəsində məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiyalarına start verildi.
Nəzərinizə çatdıraq ki, 6-12 mart 2017-ci il tarixlərini əhatə edən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”nin yekunu olaraq 11 mart 2017-ci il tarixində ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin 36, 80, 164 və 203 saylı orta məktəblərindən 75 nəfərlik müəllim-şagird heyəti Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiya etdilər. Ekskursiya “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən layihə çərçivəsində Dövlət Agentliyinin Tədbirlər Planına uyğun olaraq, həftə ərzində adı çəkilən məktəblərdə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə həyata keçirildi. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verildi. 

Qeyd edək ki, 2011-ci il sentyabrın 13-də möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə dünyada ilk Hibrid Stansiya olan “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” istifadəyə verilib. 38 hektar ərazisi olan bu mərkəzdə 2,7 MVt gücündə Külək Elektrik Stansiyası, 1,8 MVt gücündə Günəş Elektrik Stansiyası və 0.6 MVt gücündə bioqaz stansiyası fəaliyyətə başlamışdır. İdarəetmə mərkəzində yaradılmış laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağı təlim və tədris kurslarının təşkili üçün nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası bu mərkəzdə yaradılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info