İnformasiya müharibəsində gənclərimiz fəal olmalıdırlar
Tarix: 13.03.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb. Martın 13-də Beynəlxalq Mətbuat Mərkəzində layihə çərçivəsində “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda ilk tədbir keçirilib.
Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov layihə barədə məlumat verib. Belə layihələrin AVCİYA tərəfindən mütəmadi keçirildiyini diqqətə çatdıran E.Salmanov gənclərin maarifləndirilməsinə də xüsusi önəm verildiyini bildirib: “Ötən il Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnamə qəbul edərək, Ermənistanı işğalçı kimi tanıdı. Eyni zamanda AVCİYA tərəfindən Ağ Ev Administrasiyasının saytında yerləşdirilmiş petisiya 300 mindən artıq imza toplayaraq Azərbaycanın haqq səsini dünyaya çatdırdı. 2017-ci ildə də Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində AVCİYA tərəfindən fəaliyyət planı hazırlanıb”.
Layihənin rəhbəri İradə Yaqubova qeyd edib ki, layihənin məqsədi mövcud informasiya məkanında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gəncləri təşviq etməkdir: “Bu gün Azərbaycanın prioritet sahələrindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Tələbələrimiz internet vasitəsilə dünyada baş verənləri yaxından izləyir, sosial şəbəkələrdə aktivdirlər. Məhz buna görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yanlış informasiyanın qarşısının alınmasında gənclərimiz, tələbələrimiz yaxından iştirak edə bilərlər. Bunu nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası bu məqsədlə gənclərin iştirakı ilə debatlar silsiləsinə start verir”.
Gəncləri informasiya müharibəsində daha fəal və mütəşəkkil olmağa çağıran natiq qeyd edib ki, layihə bütövlükdə 2017-ci ili əhatə edəcək. İl ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. İlk olaraq, debatlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində keçiriləcək.
Gənclər və İdman Nazirliyinin təmsilçisi Rüstəm Abdullayev bildirib ki, Azərbaycan gəncləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə fəallıq nümayiş etdirirlər: “Gənclər siyasəti 14-29 yaş arasında olan şəxsləri əhatə edir. Azərbaycan əhalsinin təxminən 17,9%-i gənclərdir. Beynəlxalq əməkdaşlığa gəlincə, ölkəmiz Avropa Şurasının üzvü olduğu üçün bir sıra Avropadakı gənclər təşkilatları ilə əməkdaşlıq edir. 30-da çox Azərbaycan gənci belə təşkilatlarda təmsil olunur. Eyni zamanda müxtəlif istiqamətdə mübadilə proqramlarında gənclərimiz iştirak edir”.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Həbib Məmmədov deyib ki, dünyada ikili standartlar möhkəmlənib, dövlətlər öz maraqlarını güdür. Onun sözlərinə görə, Azərbaycan da öz torpaqlarını işğaldan azad etmək üçün maraqlarını qorumalıdır: “Bu gün bizim həm siyasi, həm də hərbi sahədə kifayət qədər gücümüz var. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri daima inkişaf edir və cəbhədə baş verən təxribatlarda düşmənin lazımi cavabını verir. Silahlı Qüvvələrdə gənclər təşkilatları yaratmaq niyyətindəyik. Bu istiqamətdə işlər görülür.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Fərid Əbilov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Sevgili Həsənova, Ombudsman aparatından Müqabil Mahmudov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumların rəsmiləri, habelə yerli QHT-lər və KİV nümayəndələri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info