“ASAN Wi-Fi” Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib 
Tarix: 13.03.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Ölkə ərazisində, xüsusilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bu günədək 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.
Qeyd edək ki, “ASAN Wi-Fi” layihəsi Prezident İlham Əliyevə 2016-cı il avqustun 10-da Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı təqdim olunub. Ötən ilin oktyabrından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayıb. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info