Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur
Tarix: 13.03.2017 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu il kənd və qəsəbələrarası avtomobil yollarının inşası ilə bağlı nəzərdə tutulan bütün layihələr uğurla icra olunur: ”Dövlət başçısının tapşırığına əsasən “Azəravtoyol” ASC bu məqsədlə bütün qüvvəsini səfərbər edib. Sözügedən layihələrdən biri Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması layihəsidir. Kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır”.
 
Yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
 
4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir .
 
Hazırda ərazidə 10 metr enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.
 
Torpaq işləri bitdikdən sonra yolun 200 min m2-dan çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.  Eyni zamanda tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq.
 
Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 metr, hərəkət hissələrinin eni isə 5-6 metr təşkil edir.
 
Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolçizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
 
Qeyd edək ki, yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 13 yanvar tarixli 2607 N-li sərəncamı ilə təsdiq edilmiş 2017-ci il Dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına  aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info