BSU-da M.Lermantov anılıb
Tarix: 13.03.2017 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) böyük rus şairi, dramaturq, rəssam Mixail Lermantova həsr olunmuş tədbir keçirilib. BSU-nun Sankt-Peterburq Mərkəzi, Moskva Auditoriyası və Rus dili İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimin əvvəlində M.Lermantovun həyatını əks etdirən slayd nümayiş olunub.
Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov dünya şöhrətli şairin bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq ədəbiyyatına bəslədiyi dərin məhəbbətdən danışıb. T.Cəfərov qeyd edib ki, gənc yaşlarından şifahi söz sənətini böyük diqqət və həvəslə öyrənən şairin “Aşıq Qərib” dastanını bəzi dəyişiklərlə yazıb götürməsi və Azərbaycan dilini səy ilə öyrənməyə çalışması onun Qafqaz xalqlarına olan sevgisini sübut edir.
Sankt-Peterburq Mərkəzinin dosenti İrina Qədimova çıxışında vurğulayıb ki, Mixail Lermantovun yaradıcı irsi təkcə Rusiyanın deyil, bütövlükdə dünya mədəniyyətinin tərkib hissəsidir. İ.Qədimova Mixail Lermontovun şair, yazıçı, dramaturq olmaqla bərabər, istedadlı rəssam olmasından da söz açıb.
Ədəbii-bədii məclisdə ümumi və rus dilçiliyi kafedrasının professoru Qalina Şipulina M.Lermantovun həyat və yaradıcılığı, keçdiyi kəşməkeşli yollar barədə iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, cəmi 27 il ömür sürən Mixail Lermantov bu qısa dövrdə olduqca maraqlı əsərlərə imza atıb. Q.Şipulina dahi şairin Qafqaza sürgün edilməsinin onun yaradıcılığına ciddi təsir etdiyini bildirib. O, Qafqazın gözəlliklərini onun ilham mənbəyi adlandırıb.
Tədbir çərçivəsində M.Lermantovun şeirlərinə bəstələnmiş mahnılar dinlənilib, BSU tələbələri şairin məşhur şeirlərini səsləndiriblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info