Jurnalistlər üçün yazı müsabiqəsi
Tarix: 13.03.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


“ Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlamasının bir ili münasibəti ilə KİV nümayəndələri arasında “ Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı: aqrar sektorda tədarük-təchizat sisteminin üstünlükləri” mövzusunda yaradıcılıq müsabiqəsi keçirir.
Müsabiqəyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər, dövlət satınalan təşkilatlarında ərzaq təminatının səviyyəsi, Cəmiyyətlə əməkdaşlıq edən şirkət və fərdi fermerlərin uğur hekayələri, tədarük-təchizat sisteminin aqrar iqtisadiyyata müsbət təsirləri, ölkə regionlarının inkişafında rolu, dəyər zəncirinin qurulmasında xarici ölkə təcrübələri mövzuları üzrə məqalələr, televiziya, radio verilişləri və süjetlər təqdim edilə bilər.
Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (süjet) təqdim edə bilər.
Təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 2 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər. Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır.
Məqalənin sonunda, televiziya və ya radio süjetlərdə "“ Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.
Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən namizədin vəsiqəsinin surəti ilə birlikdə 5 aprel 2017-cü il tarixinədək “ Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə (Ünvan: Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57) təqdim edilməli, elektron formada tedaruk.s2017@gmail.com poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya, radioverilişləri və süjetləri “ Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində yaradılmış Komissiya tərəfindən qiymətləndiriləcək və 11 aprel 2017-ci ildə müsabiqənin qalibləri elan ediləcəkdir.
Müsabiqədə iştirak məqsədilə hazırlanmış bütün məqalələr, televiziya, radio verilişləri və süjetlər Cəmiyyətin www.tedaruk.gov.az internet saytında yerləşdiriləcəkdir.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır.
Müsabiqə ilə bağlı əlavə məlumatı əlaqələndirici şəxsdən almaq olar:
( “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin informasiya və elektron xidmətləri sektoru , tel: 050- 251- 75- 44, Nicat Nəsirli )
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info