Gənclər və İdman Nazirliyinin dəstəyi ilə regionlarda Gənc könüllü klubları yaradılacaq
Tarix: 13.03.2017 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Ağsatafa, Göygöl, Şəmkir rayonlarında həyata keçiriləcək “Regionlarda “Gənc könüllülər klubu” nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi- 3 mərhələ” adlı layihənin icrasına başlanılmışdır. Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir. Bundan əlavə layihə regionlarda könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılmasını, İcma-könüllü əməkdaşlığının qurulmasını nəzərdə tutur.
Layihə çərçivəsində regionlarda “Könüllü məktəbi” çərçivəsində təlimlər keçiriləcək.Təlimlərə qeyd olunan regionlardan 300 birbaşa, 2500 dolayı iştirakçı cəlb olunacaq. Təlimlərdə əsasən aşağıdakı mövzular əhatə olunacaq: Könüllülük nədir; Könüllülüyün prinsipləri və məqsədləri; Kim könüllü ola bilər; Könüllünün və təşkilatların hüquq və vəzifələri; Könüllülərin iştirakçılığı; Könüllülük: yerli və beynəlxalq təcrübə; Könüllülük sahəsində qanunvericilik; Könüllük sahəsində beynəlxalq gənclər proqramları və s.
Layihə çərçivəsində Ağsatafa, Göygöl, Şəmkir rayonlarında “Gənc könüllülər Klubu” yaradılacaq. Kklublar davamlı fəaliyyət göstərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirak edəcək. Regionlarda “Gənc Könüllülər Klubu” larında təmsil olunan gənclər sosial təşəbbüslərlə çıxış edəcəklər və regionda layihələrin icrasında iştirak edəcəklər.
Layihə çərçivəsində iştirakçılara müxtəlif çap məhsulları, o cümlədən “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça paylanılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info