22 nəfərə ailə bizneslərini qurmaq üçün yardım göstərilib
Tarix: 13.03.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 mln. manat vəsait ayrılıb. Sərəncamın icrası olaraq, nazirlik tərəfindən 2016-cı ilin 1 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır.
 
Müsbət dəyərləndirilən biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal, 0,4%-i ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir.
 
O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompüter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir.
 
Qəbələ rayon sakini, özünüməşğulluq proqramının iştirakçısı olan Nadir Muştaqov 2016-cı ilin 1 aprel tarixinədək Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alındığını, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciətinin müsbət qəbul edildiyini bildirib: “Bizə verilən mal və materiallardan düzgün və məqsədyönlü şəkildə istifadə edərək, təsərrüfatımızı daim genişləndirməyə, gəlirlərimizi artırmağa çalışacağıq. Bunun üçün təlim kurslarında da lazımi biliklər əldə etmişik”. Digər iştirakçı Tehran Rüstəmov çoxdandır ki, öz ailə təsərrüfatını qurmaq arzusunda olduğunu, lakin maddi imkanı olmadığından bunu edə bilmədiyini qeyd edib: “İndi öz ailə təsərrüfatımız var və buna çox sevinirik. Yeni qurduğumuz bu təsərrüfatı ildən-ilə inkişaf etdirməyi, özümüzə gəlirli bir biznes qurmağı qarşımıza məqsəd qoymuşuq və bu məqsədə də çatacağıq”.
 
Özünüməşğulluq proqramı çərçivəsində təqdim olunmuş aktivlər hesabına Qəbələ şəhər sakini Abuzər Abdullayevin, rayonun Çuxur Qəbələ kənd sakini Amil Kərimovun, Vəndam qəsəbəsi sakini Elman Niftəliyevin yeni yaradılmış ailə təsərrüfatlarına baxış olub. Baxış zamanı həmin insanların onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə etdikləri, onlarda təsərrüfatlarını ciddi şəkildə idarə etmək, qoruyaraq inkişaf etdirmək əzmi müşahidə edilib. 
 
Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə bu rayonun Talıstan kənd sakini Züleyxa Xəlilovanın, Lahıc qəsəbəsi sakinləri Hafiz Mirzəyevin və Mehdi Mahmudovun özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər hesabına yaratdıqları ailə təsərrüfatlarına baxış olub. Onlar ailə bizneslərinin qurulması üçün göstərilən böyük dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlər hesabına misgərlik üzrə özünüməşğulluq fəaliyyətini quran H.Mirzəyev bildirib ki, özünüməşğulluq proqramı təkcə onlara özünüməşğulluq imkanları yaratmır, həm də ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, qədim xalq sənəti növlərinin inkişafına da dəstək olur: “Əsrlər boyu misgərlik məşhur xalq sənəti növlərindən biri olub və bu gün çox qürur duyuram ki,  sevdiyim bu sənət növündə işləmək, istehsalla məşğul olmaq üçün mənə belə bir imkan yaradılıb. Bu böyük dəstəyə görə Prezidentimizə təşəkkür edirəm”.
 
Özünüməşğulluq proqramı 1 500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.  
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info