Ağır atletlərimiz “Fəcr kuboku” yarışında yeddi medal qazanıblar
Tarix: 13.03.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Ağır atletika üzrə Azərbaycan yığma komandası İranın Əhvaz şəhərində keçirilən ikinci beynəlxalq “Fəcr kubok”u yarışında 7 medal qazanıb. Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, turnirdə Sənan Mirzəyev (85 kq) birdən qaldırma hərəkətində 141 kiloqramı ram edib. O, bu nəticə ilə üçüncü olub. Təkanla qaldırmada isə 167 kiloqramı başı üzərinə qaldıran S.Mirzəyev dördüncü yeri tutub. Ruslan Rzazadə (56 kq) birdən qaldırma hərəkətində 98 kiloqramı ram edərək gümüş medala sahib olub. Allahyar Abışov (62 kq) birdən qaldırmada 120 kiloqramı ram edib. O, bu göstərici ilə bütün rəqiblərini üstələyib. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldıraraq üçüncü yeri tutub. Beləliklə, Azərbaycan yığması “Fəcr kuboku” turnirini üç bürünc, həmçinin ayrı-ayrı hərəkətlərdə - birdən qaldırmada bir qızıl, bir gümüş və bir bürünc, təkanla qaldırmada isə bir bürünc medalla başa vurub. Millimiz topladığı 465 xal və qazandığı 7 medal sayəsində komanda hesabında dördüncü yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info