Cüdo yığmamız “Böyük dəbilqə”də ikinci yeri tutub
Tarix: 13.03.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycan cüdoçuları ikisi gümüş, biri bürünc olmaqla, üç medal əldə ediblər. Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kiloqram) turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov finala yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “qızıl xalla” məğlub olaraq, turnirin gümüş medalına yiyələnib. Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmmədəli Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsindən başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız gümüş medalla kifayətlənib. Digər idmançımız Elxan Məmmədov (100 kq) yarışda ilk qarşılaşmada estoniyalı Qriqori Minaşkinə qalib gəlib. İdmançımız finala gedən yolda növbəti rəqibi, komanda yoldaşı Elmar Qasımovla görüşdən məğlub ayrılıb. Bürünc medal uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Zelim Kotsoyevdən üstün olan E.Məmmədov yığmamıza bürünc medal qazandırıb. Qaliblərə mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionu Nazim Hüseynov və Paralimpiya çempionu İlham Zəkiyev təqdim ediblər. Xatırladaq ki, turnirin ilk iki yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 3 bürünc medal qazanmışdı. Beləliklə, “Böyük dəbilqə” turnirini millimiz 1 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə, 7 medalla başa vuraraq, komanda hesabında Niderlanddan sonra ikinci yeri tutub. Üçüncü yerə isə Yaponiya təmsilçiləri layiq görülüb. Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info