Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
Tarix: 13.03.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Batumidə vandalizm aktı törədənlər cəzasını mütləq alacaq". Bu barədə Gürcüstanın Azərbaycandakı səfriliyinin ixtişaşlarla bağlı yaydığı bəyanatda deyilir. Bildirilir ki, ölkə prezidenti Georgiy Marqvelaşvili zorakılığı pisləyib və dövlət institutlarına hörmət edilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Batumidə vandalizm aktlarını törədənlərə cavab olaraq hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi legitim və proporsional güc tətbiq edib. Zorakılığa yol verənləri həbs etmək və xəsarət alanlara dərhal kömək etməklə polis sabitliyin bərpa olunasına müvəffəq olub. Həmçinin bildirilir ki, zorakı etirazlar müxalifət partiyaları tərəfindən dəstəklənib və Gürcüstanın digər bölgələrində etiraz aksiyaları təşkil edilib. Bundan başqa, etirazçıların könüllü şəkildə dağılması ilə bağlı bir neçə müraciət ünvanlandığı və bunun edilməyəcəyi təqdirdə qanun çərçivəsində gücdən istifadə ediləcəyi nəzərə çatdırılıb. Batumidə sülh və qayda-qanunun bərpa olunması üçün hökümət effektiv addımlar atıb: “Bu hadisələri törədən şəxslər cəzasını mütləq alacaq. Onların zorakı hərəkətləri dözülməzdir.Bu şəxslər bilməlidir ki, onlar təqib ediləcək və müvafiq qurumlara təhvil verilcəklər. Batumidəki həbslər bunu nümayiş etdirdi". Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində ən azı 30 nəfər xəsarət alıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info