“Onlar Türkiyənin güclənməsini istəmir”
Tarix: 13.03.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Bu ona dəlalət edir ki, sərbəst toplaşma azadlığı ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil”

Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir: "Bu, dünya tarixində analoqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmir".
Millət vəkili qeyd edib ki, Niderlandın bu davranışı beynəlxalq hüquq normalarına sığmır: "Türkiyə artıq sanksiyalar tətbiq etmək barədə mövqeyini ortaya qoyub. Hesab edirəm ki, Niderland bu məsələyə düzgün qiymət verməli və Türkiyə ilə münasibətləri bərpa etməyə çalışmalıdır".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info