Niderlandda insan haqları və demokratik öhdəliklərə zidd davranış
Tarix: 13.03.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Polis əməkdaşları türkiyəli vətəndaşlara qarşı it və atlardan istifadə etməklə kütləvi zorakılıq tətbiq ediblər

Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə icazə verməməsi ilə bağlı iki ölkə arasında siyasi münasibətlər kəskinləşib.
Almaniyadan sonra Niderlandda eyni addım ataraq Türkiyə rəsmilərinin ölkəyə səfərinə və referendumla bağlı ölkə vətəndaşları ilə görüşünə qadağa tətbiq edib. NATO üzvü olan ölkənin eyni alyansda olan digər ölkənin nazirinin təyyarəsinə enmə icazə verməməsi, ölkə ərazisinə daxil olmuş nazirin maşınını mühasirəyə alaraq konsulluğa buraxmaması, toxunulmazlığı olan nazirə qarşı yolverilməz davranış tətbiq etməsi böyük diplomatik skandal yaradıb. Nazir Fatma Betül Sayan Kaya onu gözləyən insanlarla görüşmək üçün Türkiyənin Rotterdamdakı baş konsulluğuna getməyi planlaşdırırdı. Lakin polis bu diplomatik nümayəndəliyə gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olub.

“Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur”


Bu azmış kimi, Niderlandda yaşayan və nazirlə görüş üçün konsulluğa gəlmək istəyən türklərə qarşı polisin tətbiq etdiyi zorakılıq müasir Avropa demokratiyasının yerlə süründüyünü göstərir. Polis insanlara qarşı kütləvi zorakılıq tətbiq edilib. Çox sayda günahsız insan xəsarət alıb. Dünyaya demokratiya dərsi keçən Avropa ölkələri növbəti dəfə çətin sınaqdan çıxa bilmədilər. Dinc aksiya iştirakçıları olan türklərə qarşı atlı polislərdən, zirehli maşınlardan, xüsusi təlim keçmiş itlərdən istifadə edən Niderland polisi bütün dünyanın gözü qarşısında demokratiyanı, diplomatiyanı, insan hüquqlarını, sərbəst toplaşmaq, hərəkət etmək azadlığını heçə saydığını nümayiş etdirdi. Polisin müdaxiləsi nəticəsində yaralanan türklər xəstəxanaya çatdırılıb. Polis zorkalığının qurbanı olmuş türklərdən biri Niderland ordusunda xidmət etmiş və hazırda təqaüdə olan şəxs, polis itinin yaraladığı şəxs isə onun qardaşıdır. Bu onu göstərir ki, haqlı olub-olmamasından asılı olmayaraq Avropa dövlətləri öz maraqları üçün demokratiyanı, insan hüquqlarını çox asanlıqla ayaqlar altına atırlar. Bu məsələdə diqqət çəkən məqamlardan biri də azad media olmaları ilə öyünən Niderland mediasının məsələyə münasibətidir. Onların hamısının eyni vaxtda antitürkiyə mövqeyindən çıxış etməsi nə qədər “azad” olduqlarını göstərir. Baş verən olaylar Niderlandın demokratik ölkə imicinə ciddi zərbə vurub.

Berat Albayrak “Niderlandda törədilənlər ümumilikdə Avropanın demokratik dəyərləri üçün utanc yeridir”
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə energetika və təbii sərvətlər naziri Berat Albayrak İstanbulun Atatürk Hava Limanında mətbuat konfransı keçiriblər. Niderlandın Rotterdam şəhərində qarşılaşdıqları bütün məqamların insan haqlarına və demokratik öhdəliklərə zidd olduğunu xatırladan nazir məlumat verib ki, polis qüvvələri onu müşayiət edən cangüdənləri, müşavirini və KİV nümayəndələrini qanunsuz olaraq saxlayıblar. Hökumət üzvünə, diplomatik pasportla təmsil olunan dövlət nümayəndəsinə, o cümlədən qadına qarşı qanunsuz şəkildə bu qədər kobud davranışa görə Niderland hakimiyyətini kəskin qınadığını ifadə edən nazir F.Kaya məlumat verib ki, polis əməkdaşları onunla görüşə gələn türkiyəli vətəndaşlara qarşı it və atlardan istifadə etməklə kütləvi zorakılıq tətbiq edib. Nazir B.Albayrak da Niderlandda törədilənləri ümumilikdə Avropanın demokratik dəyərləri üçün utanc yeri kimi dəyərləndirib. Hollandiya hökumətinin bu qərarı Türkiyədə kəskin etirazlar doğurub. Rəsmi Ankara sərt cavab tədbirləri görəcəyini bildirib. Türkiyə XİN Niderland səfirinin məzuniyyətdən sonra geri dönməsini arzuedilməz elan edib. Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib. Notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb. Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib.

Azərbaycan XİN:
“Niderlandın Türkiyənin hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər diplomatik-etik çərçivələrdən tamamilə kənardır”
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib ki, bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir: “İnsan hüquqlarını və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarının, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış, eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hazırda Avropada yayılmaqda olan islamofobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyillərin aradan qaldırılmasına, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info