Timoşenkonun gizli Vaşinqton səfəri
Tarix: 14.03.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Amerika prezidentinin Ukrayna dövlət başçısından əvvəl müxalif lideri ilə görüşü Ukrayna mediasında hakimiyyət dəyişikliyinə işarə kimi qəbul edilir

Ukraynada maraqlı hadisələr yaşanır. Belə ki, ölkədəki “Batkivşina” müxalifət partiyasının lideri Yuliya Timoşenko Vaşinqtona səfərə gedib. Qeyd edilməlidir ki, bu, Timoşenkonun ABŞ-ın yeni lideri Donald Trampın andiçmə mərasimindən sonra Vaşinqtona etdiyi ikinci səfərdir.
Xanım siyasətçinin Vaşinqton səfəri mətbuatda yer almasa da, bunu yerli siyasətçi və ekspertlər etiraf etmək məcburiyyətində qalıblar.
Amerikanın yeni liderinin Ukrayna prezidenti Petro Poroşenko ilə nəzərdə tutulmuş görüşünün təxirə salındığını nəzərə alsaq, Timoşenkonun bu səfərinin əhəmiyyəti daha da artır. Bəzi ekspertlər Vaşinqtonun Ukraynada hakimiyyət dəyişikliyinə hazırlaşdığını iddia edirlər. Lakin onu da qeyd etmək lazımdır ki, Timoşenkonun Vaşinqton səfəri qarşı tərəfin deyil, məhz ukraynalı siyasətçi xanımın təşəbbüsü ilə reallaşır. Yuliya Timoşenko Ukraynada keçiriləcək növbəti seçkilərə fəal surətdə hazırlaşır. Xatırladaq ki, müxalif partiya liderinin Vaşinqtona bu ilin yanvarında etdiyi ilk səfər beş gün davam etmişdi. Timoşenkonun ilk səfərinin təfərrüatları ölkədə açılmasa da, ABŞ tərəfi görüşün rəsmi xarakter daşımadığını bəyan etmişdi. Onu da qeyd edək ki, son vaxtlar Ukraynada keçirilən rəy sorğularında Timoşenko prezident Poroşenkonu 3-5 faiz qabaqlayır. Yeni Amerika prezidentinin Ukrayna dövlət başçısından əvvəl müxalif partiya lideri ilə görüşəcəyi Ukrayna mediasında geniş müzakirə mövzusuna çevrilib. Mətbuat bunu hakimiyyət dəyişikliyinə işarə kimi qəbul edir. Timoşenkonun ikinci səfərini təsadüf kimi dəyərləndirənlər də var. “Obozrevatel” nəşrinin məlumatına görə, “Batkivşina” qərargahına gələn ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçlə Timoşenko arasında ölkədə yaşananlarla bağlı fikir mübadiləsi aparılıb. Növbəti gün isə Timoşenkonun Amerika Birləşmiş Ştatlarına səfərə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Maraqlı nüanslarda biri də budur ki, Timoşenkonun Vaşinqton səfərindən bir gün sonra ABŞ-ın Ukraynadakı səfiri də Vaşinqtona qayıdıb. Bəzi məlumatlara görə, siyasətçi xanımın səfərinin arxasında dayanan səbəblərdən biri də Donbasda vəziyyətin nizamlanmasını nəzərdə tutan "Artemenko planı"nın müzakirəsidir. Qeyd edək ki, ukraynalı deputat Andrey Artemenko Ali Radada ölkəsinin Rusiya ilə münasibətlərin normallaşmasının təşəbbüskarı kimi çıxış edir. Andrey Artemenko Kiyevdə xain kimi qəbul edilir, onu ölkənin Baş Prokurorluğunda sorğu-suala çəkiblər. Maraqlı odur ki, Artemenko “Batkivşina” partiyası ilə işbirliyində ittiham edilir. Ukrayna mətbuatına açıqlama verən siyasi ekspert Ruslan Bortnikin fikrincə, erkən seçkilərin keçirilməsini istəyən Timoşenko Trampa öz mövqeyini çatdırmağa çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info