Bakı uşaqlarla səyahət üçün şəhərlərin ilk onluğuna daxildir
Tarix: 14.03.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“www.RoomGuru.ru” hotel axtarışı servisi məktəblilərin yaz tətili günlərində uşaqlarla səyahət və istirahət üçün populyar turizm istiqamətlərini müəyyən edib.
Reytinq 2017-ci il martın 25-dən 31-dək hotel və apartament bronları üzrə hazırlanıb. “TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların uşaqlarla xaricə səfəri keçən illə müqayisədə 10 faiz artıb.
“RoomGuru.ru” saytı xəbər verir ki, Bakı məktəblilərin tətil günlərində rusiyalıların ailəvi istirahət etdikləri şəhərlərin ilk onluğuna daxildir. Praqa, Tallin, Minsk, Budapeşt, Barselona, Vyana, Roma, Zaqreb və Paris şəhərləri də bu onluqda yer alıb. “RoomGuru.ru” servisinin məlumatına görə, turistlər Bakıda ailəvi istirahət üçün sutkada, o cümlədən hoteldə qalmaq, nahar etmək və muzeyə getmək haqqı daxil olmaqla orta hesabla 85 dollar xərcləyəcəklər. Moskva, Soçi, Sankt-Peterburq, Yaroslavl və Voloqda isə Rusiyada uşaqlarla səfər üçün populyar şəhərlərin beşliyinə daxildir. “www.RoomGuru.ru” “HotelsCombined.com” xidmətinin Rusiya saytıdır. “World Travel Awards” beynəlxalq münsiflər heyətinin məlumatına görə, “www.HotelsCombined.com” son dörd ildə dünyada hotel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info