“Britaniya Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir”
Tarix: 14.03.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Azərbaycan XİN-dən bildirilib ki, nazir Elmar Məmmədyarov Böyük Britaniyadan olan həmkarına ünvanladığı məktubunda ölkələrimizin ötən illər ərzində xalqlarımız üçün qarşılıqlı fayda verən möhkəm və konstruktiv dialoq qurmağa nail olduğunu qeyd edib. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında ölkələrimizin yaxın əməkdaşlığının davam etdiyini bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniyanın iqtisadi sahədə əlaqələri, xüsusilə BP şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi regional enerji layihələrində iştirakının ikitərəfli əməkdaşlığın əsas sütununu təşkil etdiyini bildirib. Böyük Britaniya xarici işlər naziri Boris Conson azərbaycanlı həmkarı Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin ötən 25 il ərzində Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. 2017-ci ilin ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq baxımından önəmli il olduğunu vurğulayan B.Conson Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığından məmnun olduğunu qeyd edib. O, həmçinin ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb. Britaniyalı nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi və əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info