Arıçılar “Azexport“un ixrac imkanlarından istifadə edəcəklər
Tarix: 14.03.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


"Azexport" portalı vasitəsilə Azərbaycandan bal ixracının artırılması üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı şimal bölgəsinin arıçıları ilə razılıq əldə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, mərkəzin nümayəndəsi Natiq Mədətovun Azərbaycan Arıçılar Assosiasiyasının Şabranda regional nümayəndəliyinin açılışı ilə bağlı iştirak etdiyi tədbirdə şimal bölgəsində bal ixracının artırılması məsələsi ətraflı müzakirə olunub.
Bildirilib ki, dünya bazarlarında yüksəkkeyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var və bu sahədə geniş ixrac potensialı mövcuddur. N.Mədətov Azərbaycan Arıçılar Assosiasiyasına üzv olan arıçılara "Azexport" portalı barədə ətraflı məlumat verib, portalın bal istehsalı ilə məşğul olan sahibkarlara yaratdığı ixrac imkanlarını ətraflı şəkildə izah edib, eyni zamanda, portalın arıçıların yeni bazarlara çıxmasına və müştəri tapmalarına böyük töhfə verəcəyini deyib. Diqqətə çatdırılıb ki, sahibkarlar "Azexport" portalından istifadə etməklə arıçılıq məhsullarını dünya bazarlarına çıxararkən sertifikatlaşmadan başlayaraq çatdırılmaya kimi bir çox xidmətlərdən yararlana bilərlər. O vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı da sahibkarlara əlavə imkanlar yaradacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info