“Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirəsi üçün nadir imkandır”
Tarix: 14.03.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Qlobal Bakı Forumu bütün dünyadan və regiondan olan insanların bir araya gələrək problemləri müzakirə etməsi üçün nadir imkandır”. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri tanınmış amerikalı politoloq və jurnalist Farid Zakariya deyib.
F.Zakariya qeyd edib ki, bu cür şəxsi iştirak, dialoq və əməkdaşlıq vasitəsilə biz daha mürəkkəb vəziyyətə gələn dünyanın problemlərini tez bir zamanda yoluna qoya bilərik. Beynəlxalq münasibətlər üzrə ekspert olan Farid Zakariya V Qlobal Bakı Forumunun “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı paneldə çıxış edəcək. Panel müzakirələrdə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, İsrailin sabiq Baş naziri Ehud Barak, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın çıxışları nəzərdə tutulub. Qeyd edək ki, Hindistanda dünyaya gələn və ABŞ-da fəaliyyət göstərən müsəlman əsilli Farid Zakariya beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifidir. O, CNN telekanalının aparıcısı və həftəlik “Newsweek International” nəşrinin redaktorudur.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info