Almaniya məhkəməsinin qərarı qalmaqalı aradan qaldırıb
Tarix: 15.04.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Almaniyanın Federal Konstitusiya Məhkəməsinin “Milli sosialist gizli təşkilatı”nın (NSU) məhkəmə prosesində əcnəbi mətbuata yer ayrılması ilə bağlı qərar verməsi razılıqla qarşılanıb.

Türkiyənin “Sabah” qəzetinin etirazına baxan Almaniya Federal Konstitusiya Məhkəməsi “Milli sosialist gizli təşkilatı”nın məhkəmə prosesində ən azı üç xarici mətbuat nümayəndəsinə yer ayrılması və ya qeydiyyatın yenidən şəffaf şəkildə aparılmasının vacibliyinə qərar verməsi Türkiyədə razılıqla qarşılanıb. Konstitusiya Məhkəməsinin bu qərarı düzgün istiqamətdə atılmış addım kimi qiymətləndirilib. NSU prosesində türk jurnalistlərə yer ayrılmaması Türkiyə hökuməti tərəfindən kəskin etirazla qarşılanmışdı.
Ötən həftə Türkiyəyə səfər edən Almaniyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Filip Rosler də qərarı razılıqla qarşılayıb. Bildirib ki, Türkiyə mətbuatının da məhkəmə prosesi haqqında birbaşa informasiya yaymaq haqqı var. Çünki Türkiyədə insanların NSU-nun törətdiyi dəhşətli cinayət əməllərindən sarsıldığı hər yerdə hiss olunurdu.
Almaniya Federal Məclisinin NSU tərəfindən törədilmiş cinayətləri araşdırma komissiyasının sədri Sebastyan Kölner Stadt “Anzeiger” qəzetinə verdiyi müsahibədə məhkəmənin qərarının lazımsız müzakirələrin sona çatdırılmasına töhfə verəcəyini deyib. Yaşıllar Partiyasından deputat Renate Künast da Konstitusiya Məhkəməsinin Münhendəki hakimlərin verdikləri səhv qərarı düzəltdiklərini qeyd edib. Almaniyanın türk icmasının sədri Kənan Kolat bildirib ki, Almaniya Konstitusiya Məhkəməsi öz qərarı ilə hüquqi qalmaqalın qarşısını alıb. O, bunu “son dərəcə zəruri” qərar adlandıraraq vurğulayıb ki, jurnalistin məhkəmə salonuna buraxılması barədə mübahisənin uzanması “bütün prosesə kölgə sala bilərdi”. Neonasist qruplaşmasının işinə dair dinləmələr aprelin 17-də Münhendə başlayacaq. NSU-nun iştirakçısı Beata Sşepe və onun əlaltısı təxmin edilən dörd nəfər məhkəmə qarşısına çıxacaqlar. Münhen hakimləri məhkəmə salonundakı yerlərin məhdud sayda olmasını və guya jurnalistlərin sifarişləri çox gec verdiklərini bəhanə gətirərək, əvvəlcə Türkiyə KİV-ləri nümayəndələrinin prosesə buraxılmasına rədd cavabı vermişdilər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info