“Xocalı soyqırımı tanınmayana qədər insanlıq əleyhinə cinayətlərin qarşısını almaq mümkün olmayacaq”
Tarix: 14.03.2017 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


”Martın 6-da mən Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə petisiya təşəbbüsü irəli sürmüşəm”. 

Bu sözləri ”Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda Bakıda keçirilən konfransda iştirak edən rusiyalı politoloq Oleq Kuznetsov deyib. 

O. Kuznetsov bildirib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federasiya Şurasıdır: “Erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırımı terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir. Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən təkcə azərbaycanlıları yox, bütün bəşəriyyəti bu petisiyanı dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info