Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı bəyanat qəbul ediblər
Tarix: 14.03.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının bir qrup üzvü - Uve Feiler, Olav Qattinq, Dr. Hans Mişelbax, Dr. Filipp Muhrmann və Norbert ŞindlerXocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul edib.
 
Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib. TEAS-a daxil olan bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə törədilən qətliamda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilib. Qətlə yetirilənlərindən 106 nəfəri qadın, 63-ü azyaşlı və 70-i ahıl insandır. 
 
Sənəddə vurğulanır ki, 1988-1994-cü illərdə Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ uğrunda münaqişə başlayıb. Bu, əhalisi həm etnik azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region olub. Lakin Sovet İttifaqı dağıldıqda bu region Ermənistan qüvvələri tərəfindən işğal edilib və nəticədə azərbaycanlı əhali ərazidən qovulub, təxminən 30 min insan həyatını itirib.
 
1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək, Ermənistan silahlı qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənəd qəbul edib. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk Qrupuna həvalə edilib.
 
Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını bildiriblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdir.
Bəyanatın yekununda bildirilir: “Xocalı qətliamının 25-ci ildönümü münasibətilə, biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda, Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaq”.  
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info