Bu il Bakıda 44 minədək şagird I sinfə qəbul olacaq
Tarix: 14.03.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər

“İl ərzində məktəblərdə rus bölməsi ilə bağlı Bakı şəhərində müəyyən qədər çətinliklər yaranır. Son illərdə paytaxt məktəblərində rus bölməsi ilə bağlı kəskin artım və ya azalma müşahidə olunmayıb. Ona görə də güman etmirik ki, bununla bağlı ciddi problemlər yaşanacaq”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, cari tədris ilindən təşkil olunan ödənişsiz məktəbəhazırlıq qruplarında rus bölməsi ilə bağlı müəyyən problemlər yaşanıb. Bakı şəhərinin tabeliyində 307 məktəbin olduğunu xatırladan sektor müdiri qeyd edib ki, onlardan 298-də I sinfə qəbul həyata keçirilir: “Yalnız 261 məktəbdə ödənişsiz məktəbəhazırlıq qrupu açılıb. Bu o deməkdir ki, rus bölməsi üzrə siniflərin sayı hazırlıq qruplarına nisbətən çoxdur. Nəticədə şagirdlər rus bölməsinə rahat şəkildə qəbul olunacaq”.
Yayda müəllimlərin işə qəbulunun aparılacağını deyən sektor müdiri əlavə edib ki, eyni müəllimlər həm məktəbə hazırlığı, həm ibtidai sinfi tənzimləyir. Müəllimlərin yenidən işə qəbulu keçiriləcəyindən rus bölmələri ilə bağlı hansısa problemin yaşanacağı gözlənilmir.
Sektor müdiri vurğulayıb ki, cari tədris ilində 20 mindən yuxarı 5 yaşlı uşaq məktəbə hazırlığa cəlb edilib: “Növbəti tədris ilində mövcud sayın imkanlardan asılı olaraq, bir qədər də artırılması, məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının 65% müəyyənləşməsi nəzərdə tutulub. Yeniliyə əsasən, gələn tədris ilindən məktəbəhazırlıq qruplarına qəbul elektron formada sistem vasitəsilə həyata keçiriləcək”.
L. Şərəfxanova bu il Bakıda I sinfə qəbul olacaq şagirdlərin sayını da açıqlayıb. Onun sözlərinə görə, ötən il Bakıda 44 min şagird qəbul edilib: “Son 3 ilin statistikasında kəskin artım və ya azalma müşahidə olunmadığına görə bu il 44 min civarında şagirdin qəbulu nəzərdə tutulur. Məktəblərin maddi-texniki sistemi və ya elektron sistem bu qəbulu həyata keçirməyə imkan verəcək”.

Nigar

Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info