İndoneziya səfiri BANM-də olub
Tarix: 14.03.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşüb, təqdimatla çıxış edib. BANM-dən bildirilib ki, rektor Elmar Qasımov çıxışında qloballaşma və müxtəlif mədəniyyətlər arasında yaxınlaşma əsrində İndoneziyanın sürətlə inkişaf edən ölkələrdən biri olmaqla, adət-ənənələrini və özünəməxsusluğunu qoruduğunu bacardığını deyib.
Səfir ali məktəbə ikinci dəfə gəldiyini xatırladıb. “Azərbaycanda işlədiyim üçün çox şadam. Bu gözəl ölkədə səmimi və qonaqpərvər insanlar yaşayırlar” deyən səfir İndoneziyanın çoxmillətli xalqlarının mədəni irsindən, zəngin tarixindən və coğrafiyasından qısaca bəhs edib.
O, 1945-ci ildə müstəqilliyini əldə etmiş İndoneziyanın formalaşmasından, ölkənin sürətli iqtisadi artırmasından, sənaye, iqtisadi və bank, mədəniyyət, təhsil və beynəlxalq əməkdaşlıq sahələrindəki uğurlarından danışıb. Bildirib ki, bu uğurlar təbii sərvətlərin, o cümlədən neft və qaz resursların səmərəli istifadə olunması, beynəlxalq əməkdaşlıq və tərəfdaşların cəlb edilməsi və insan kapitalının inkişafına investisiyalar yatırılmasına əsaslanıb.
Hüsnan Bəy Fanani qeyd edib ki, İndoneziya sənaye cəhətdən dünyanın inkişaf etmiş ölkələrin sırasına daxildir. Ölkənin ümumi milli gəlirin artım tempinə görə Çin və Hindistan geri qalır. İndoneziya Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (ASEAN) üzvüdür. Həmin assosiasiyasının katibliyi İndoneziyanın paytaxtı olan Cakartada yerləşir.
Görüşün sonunda səfir sualları cavablandırıb.
Tədbirdə İndoneziya Azərbaycandakı səfirliyinin birinci katibi  Anggraeni Vidiastutivə səfirliyin nümayəndələri Astrid Septriana, Emil Güləliyev və Alviano Julantara iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info