YAP Gənclər Birliyinin üzvləri Horadiz-Cocuq Mərcanlı yolunun kənarına ağac əkiblər
Tarix: 14.03.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.
Gənclər əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarına həmişəyaşıl ağaclar əkiblər. Aksiyada fəallıq göstərən gənclər Cocuq Mərcanlı kəndində aparılan inşaat-quruculuq işlərində iştirak edəcəklərini deyiblər.
Gənclər sonra ön cəbhə xəttindəki səngərlərə gələrək burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıblar. N saylı hərbi hissədə şəxsi heyətlə keçirilən görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qarşıdan gələn Novruz bayramı münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan əsgərinin mərdlik və qəhrəmanlığından bəhs edərək bildirib ki, ötən ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini sübut etdi.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığından, şəxsi heyətin ruh yüksəkliyindən danışıb.
N saylı hərbi hissənin komandiri bu cür görüşlərin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığı vurğulayaraq, qonaqlara minnətdarlığını bildirib.
Sonra bayram sovqatları, rayon gənclərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilib. Qonaqlar əsgərlərlə rəqs edib, birgə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Cocuq Mərcanlıdan Şuşaya” layihəsində məqsəd YAP GB-nin üzvlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərin, evlərin bərpasında iştirakının təmin olunmasıdır. YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin fəal üzvlərinin bir qrupu Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat dəstələri yaratmaq istədiyini bildirib. Belə təşəbbüs və müraciətlər YAP Gənclər Birliyi və partiyanın Nəsimi rayon təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından mindən çox partiya fəalı bu təşəbbüsə qoşulub. Könüllü gənclərdən ibarət inşaat briqadaları Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info