53 259 manatlıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub
Tarix: 14.03.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


 


Bu ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətlərin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirilməsi halları əksini tapıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində yanvar-fevral aylarında işəgötürənlər tərəfindən 53 259 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
 
Qeyd olunan vəsaitin 97,7%-ni əmək haqları, 1,6%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.  Görülən tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları tərəfindən işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri barədə hüquqi izahatlar da verilib.
 
Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmə ilə bağlı müraciətləri də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslərin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info