“KfW“ “Azərsu“ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Tarix: 14.03.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


"Azərsu" ASC-də Azərbaycanda səfərdə Almaniyanın "KfW" bankının nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət şirkətinin sədri Qorxmaz Hüseynov "KfW"-nin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.
Sədr "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.
"KfW"-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Olaf Zumelka təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Şəki şəhərində həyata keçirilən işlərdən razılığını bildirən nümayəndə heyətinin rəhbəri Gəncə şəhərində növbəti mərhələ üzrə tikinti işlərinin başlanılması üzrə iş qrafikinin hazırlandığını diqqətə çatdırıb. 
Görüşdə eyni zamanda Gəncə və Şəki şəhərləri üçün tullantı sutəmizləyci qurğuların layihəsinin hazırlanması istiqamətində də müzakirələr aparılıb. 
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın "KfW"-nin birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info