Müsavat-AXCP qarşıdurması güclənir
Tarix: 15.04.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


AXCP sözçüsü: “Müsavatda ehtiyat edirlər ki, müxalifətin yaranacaq birliyinin namizədi İsa Qəmbər olmasın”

“Müsavat Partiyasının başqanı İsa Qəmbər iddia edir ki, 2003-cü ildə digər namizədlər vahid namizədi təyin etməyə imkan verməyiblər. Digər namizədlər Əli Kərimli və AMİP lideri Etibar Məmmədov olub. Yüz minlərlə insanın gözü qarşısında baş vermiş siyasi hadisəni bu şəkildə saxtalaşdırmağı İsa bəyə rəva görməzdik”.
Bu açıqlamanı APA-ya AXCP sədrinin müşaviri Asif Yusifli verib. Həmin proses haqda danışan A.Yusifli bildirib ki, 2003-cü ildə İ.Qəmbər onları AXCP kimi tanımayıb: “Həmin vaxtlar onlar AXCP sədri kimi Mirmahmud Mirəlioğlunu qəbul edirdi. Əli Kərimli xalqımızın maraqları naminə Etibar Məmmədovu İsa Qəmbərin daha şanslı olduğuna inandırdı və vahid namizəd kimi dəstəkləməyə razı saldı. Növbəti gün isə sənəd imzalanmalı idi. Razılıq gecə saat 01.00 radələrində əldə olunmuşdu. Sabahısı gün bəlli oldu ki, İsa Qəmbər gecə onlardan ayrılandan sonra Rəsul Quliyevlə razılıq əldə edib. AXCP Rəyasət Heyəti Həsən Kərimovu, Məşədi Vaqifi, İbrahim Vəliyevi İsa Qəmbərin yanına göndərdi ki, onu səhv addım atmaqdan çəkindirsin. Həmin vaxt qərargahlarımız, demək olar, eyni küçədə yerləşirdi. İsa bəy təklifi rədd etdi. Hadisə belə olub, şahidlər də sağ-salamatdır”.
Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında iddianın həqiqəti əks etdirmədiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info