Ankara ilə münaqişədə Berlin özü çıxılmaz vəziyyətə düşüb
Tarix: 14.03.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Almaniya mətbuatı ictimai rəyi hökumət üçün “lazımlı” istiqamətə yönəldən materiallar dərc etməklə ölkə əhalisinin “beyinlərini yumaqda” davam edir. Aşkardır ki, Berlin, sonra isə onun göstərişi ilə Amsterdam və Kopenhagen tərəfindən türkiyəli nazirlərin öz vətəndaşları ilə görüşməsinin qadağan edilməsi açıq-aydın əndazəni aşmaq, demokratiyanın əlifbasını unutmaq deməkdir. İndi namünasib vəziyyətə düşməsini anlayan Avropa özünü təmizə çıxarmaq üçün sonuncu eskalasiyanın təqsirini Ankaranın üzərinə yıxmağa çalışır.
Almaniya hökuməti özünün qərarına guya “demokratik” xarakter vermək üçün xoşladığı metodu işə salıb: mass-media tərəfindən “işlənilmiş” və “beyinləri yuyulmuş” cəmiyyətdə qondarma “rəy sorğusu” keçirib. Təbii ki, bu cür sorğu yalnız hökumətə “lazım olan” nəticə verə bilərdi. YouGov sosioloji institutu tərəfindən mart ayının əvvəlində ölkənin 18 yaşdan yuxarı sakinləri arasında keçirilmiş reprezentativ rəy sorğusuna görə “türkiyəli siyasətçilərin Almaniyada seçkiqabağı çıxışlar etməsinə icazə verilməlidirmi?” sualını cavablandıran respondentlərin 55 faizi “heç bir halda icazə verilməməlidir”, 22 faizi “yəqin ki, icazə verilməməlidir” variantı üzərində dayanıb. Beləliklə, əhalinin dörddə üç hissəsi AFR ərazisində “Ərdoğanın xeyrinə təşviqat aparılmasını” bəyənmir. Əslində bu, təəccüblü deyil, çünki cavablar kütləvi informasiya vasitələrinin “artilleriya hazırlığı” nəticəsində qabaqcadan müəyyən edilib. Bu halda əgər rəyi soruşulanlara belə bir sual verilsə ki, Türkiyədaxili məsələlərin müzakirə edilməsi üçün türklərin türklərlə görüşlərinin bu respondentlərin hər birinə şəxsən nə ziyanı var, yəqin ki, heç kəs bu suala anlaşıqlı cavab verə bilməyəcək.
Bu əhval-ruhiyyə Almaniya hökumətini çətin vəziyyətə salır. Türkiyə bu ölkənin mühüm iqtisadi tərəfdaşı, NATO üzrə onun müttəfiqi, Aİ-yə daxil olmağa namizəddir. AFR-də türk mənşəli 3 milyona yaxın insan yaşayır. Üstəlik, Aİ qaçqın axınını azaltmaq barədə Türkiyə ilə saziş bağlayıb. 2015-ci ilin payızında ciddi böhranla üzləşmiş Avropa İttifaqının problemlərinin kəskinliyi həmin saziş sayəsində dərhal azalıb (amma nədənsə bu gün həmin sazişi yada salmır və Ankaranın rolunu görmürlər). Onu da qeyd etmək lazımdır ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məhz kansler Angela Merkel razılığa gəlmişdi.
Unudulmamalıdır ki, Almaniya qanunlarına görə, əcnəbi vətəndaşların bu ölkə ərazisində siyasi xarakterli, o cümlədən seçkiqabağı tədbirlər keçirməsinə icazə verilir. Xarici ölkə hökumətlərinin nümayəndələrinin təşviqatla məşğul olması da, prinsip etibarilə qadağan edilməyib, hərçənd, qüvvədə olan hüquqa görə, Almaniyanın milli təhlükəsizliyi və ya onun suverenliyi üçün təhdid mövcud olduğu federal hakimiyyət orqanları həmin nümayəndələrin Almaniyaya daxil olmasını qadağan edə bilərlər. Lakin ötən onilliklər ərzində AFR-in hakimiyyət orqanları Türkiyə ilə qarşılıqlı münasibətlərdə heç vaxt bu hüquqdan istifadə etməyiblər, çünki bunun üçün səbəb olmayıb.
“Alman dalğası” agentliyi yazır: “Almanların çoxu Əsas Qanunla zəmanət verilən yığıncaqlar azadlığını və azlıqların, indiki halda milli azlıqların hüquqlarını yüksək qiymətləndirirlər. Amma eyni zamanda onlar başqa dövlətlərin genişmiqyaslı seçkiqabağı kampaniyalar keçirmək üçün Almaniyadan bir meydan kimi istifadə etməsini istəmirlər, çünki indiki halda ayrı-ayrı şəxslərin fərdi azadlığında yox, ölkənin suverenliyindən söhbət gedir”. Lakin türkiyəli rəsmi şəxslərin sırf türkiyədaxili məsələləri müzakirə etmək üçün öz vətəndaşları ilə görüşməsinin Almaniyanın suverenliyinə necə zərbə vura biləcəyini heç kəs izah edə bilmir.
Vüqar Seyidov




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info