ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb
Tarix: 14.03.2017 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın raketlərindən müdafiə məqsədilə üçtərəfli hərbi təlimlərə başlayıblar. Təlimlər Şimali Koreya tərəfindən ABŞ-ın Yaponiyadakı hərbi bazalarını vurmaq üçün ballistik raketlərin sınağından bir neçə gün sonra keçirilir. Martın 6-da buraxılan həmin raketlərdən üçü Yaponiyaya məxsus iqtisadi zonanın yaxınlığında dənizə düşüb. Təlimlərdə Cənubi Koreyaya məxsus “Aegis” qabaqcadan xəbərvermə sistemi ilə təchiz olunmuş üç esmines, ABŞ-ın “Curtis Wilbur” esminesi və Yaponiyanın “Kirişima” gəmisi iştirak edir. İndiyədək Yaponiya, ABŞ və Cənubi Koreya ötən ilin iyununda, noyabrında və cari ilin yanvarında üç belə təlim keçiriblər. “Kyodo” agentliyinin yaydığı məlumata əsasən, Yaponiya Balıqçılıq İşləri İdarəsi Şimali Koreya tərəfindən buraxılan raketlər dənizə düşdükdən yalnız 20 dəqiqə sonra ətrafdakı gəmilərə xəbərdarlıq göndərib. Bu, ABŞ-ın Yaponiyaya “PAC-3” raket vurucuları və qabaqcadan xəbərdarlıq sistemləri satdıqdan sonra baş verib. Hazırda ABŞ və Cənubi Koreya birlikdə Şimali Koreyaya qarşı “Key resolve” və “Foal Eagle” təlimlərini keçirirlər. Pxenyan həmin təlimləri Koreya yarımadasında nüvə müharibəsinə başlamaq üçün əsas məşq, eyni zamanda, nüvə və raket potensialını artırmaq üçün bəhanə kimi qiymətləndirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info