Konte: “Turnirdə güclü komandalar qaldı“
Tarix: 14.03.2017 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


İngiltərə Liqa Kubokunun 1/ 4 final mərhələsi çərçivəsində “Mançester Yunayted”lə qarşılaşan “Çelsi” qələbə qazanaraq (1:0), yarımfinala adlayıb. “Zadəganlar” finala gedən yolda “Tottenhem”lə üz-üzə gələcəklər. “Tottenhem”lə keçiriləcək matç barədə danışan “Çelsi”nin baş məşqçisi Antonio Konte maraqlı fikirlər səsləndirib. O, İngiltərə mətbuatına açıqlamasında Liqa Kubokunda güclü komandaların qaldığını qeyd edib: “Güclü rəqiblə qarşılaşacağıq və bizi ağır oyun gözləyir. Cari mövsümdə “Tottenhem”lə oyunlarda həm biz qələbə qazanmışıq, həm də onlar. Əminəm ki, azarkeşlər möhtəşəm görüş izləyəcəklər. Turnirdə güclü komandalar qaldı – “Tottenhem”, “Arsenal”, “Mançester Siti” və biz. Rəqabət güclüdür və biz buna hazır olmalıyıq. “Tottenhem” bizə qalib gəlmək gücündə olduğunu sübuta yetirib. Amma “Çelsi” də onları məğlub etməyin yolunu bilir”. Onu da qeyd edək ki, “Çelsi” – “Mançester Yunayted” matçında qalmaqal yaşanıb. Matçın 40-cı dəqiqəsində hakimin mübahisəli qərarı komandaların baş məşqçiləri arasında gərginliyə səbəb olub. Qonaqların baş məşqçisi Joze Mourinyo hakimə etiraz edərkən “Çelsi”nin çalışdırıcısı Antonio Konte onun üzərinə yeriyib və məşqçilər arasında söz davası baş verib. Matçın baş hakimi onlara yaxınlaşaraq sakit olmalarını tapşırıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info