Güləşi üzrə Azərbaycan birinciliyi
Tarix: 14.03.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başlayıb. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edirlər. Çempionatın təşkilində məqsəd ölkəmizdə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş gənc pəhləvanları yığma komandalara cəlb etməkdir. Yarışın birinci günündə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparıb. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar. Bu gün 15-də 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində yunan-Roma, 42, 46 və 50 kiloqram çəki dərəcələrində isə sərbəst güləşçilər güclərini sınayacaqlar. Yarışların sonuncu günündə isə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərində çıxacaqlar.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info