Jan Fransua Mansel bəyanatla çıxış edib
Tarix: 14.03.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Yüz minlərlə azərbaycanlı ailənin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi?”

Azərbaycan Prezidentinin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel bəyanatla çıxış edib. Bəyanatda qeyd edilir ki, Respublika Prezidentinin dəvəti ilə Ermənistan və Azərbaycan prezidentlərinin ölkəmizə ardıcıl səfərləri bəzi həqiqətləri tam qərəzsiz şəkildə xatırlatmaq və bir arzumu ifadə etmək üçün bir fürsətdir: “Öncə həqiqətlər barədə. 1991-1992-ci illərdə Ermənistan silah gücünə Dağlıq Qarabağ vilayətini və Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edən 7 rayonunu işğal edib. Bu işğal 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd dəfə pislənib. İşğal nəticəsində bir milyona yaxın mülki azərbaycanlı hər şeylərini itirib və bir daha öz doğma torpaqlarına qayıda bilməyən bu insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ən dəhşətlisi isə odur ki, Ermənistan 1992-ci il fevralın 26-da 614 nəfər mülki şəxsin - kişi, qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsinə səbəb olan Xocalı soyqırımını törədib. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sərkisyan 2000-ci ildə belə etiraf etmişdi: ”Xocalı hadisələrindən əvvəl azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat edə bilərdilər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar. Biz bu inamı (stereotipi) qıra bildik. Baş verənlərin hamısı çox yaxşıdır.” Beləliklə, nə qədər güclü olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri işğalçıları “işğala məruz qalmışlar” kimi, cəlladları isə “məsum qurbanlar” kimi qələmə verərək həqiqətə başqa don geyindirə bilməzlər!. Azərbaycanda demokratiya ilə bağlı tənqidi fikirlər səsləndirənlər hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı, hələ 1918-ci ildə qadınlara seçki hüququ vermiş, 1998-ci ildə ölüm hökmünü ləğv etmiş, başqa yerlərdə bir-birini didib dağıdan süni və şiə müsəlmanların xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşamını təmin edən müstəqil bir dövlətə bu qədər lovğalıqla dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər üçün hamı Prezident Əliyevə borcludur. Nəhayət, bir arzumu da bəyan etmək istəyirəm. Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri Parisli “vəkillərinin” həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtı deyilmi? Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi? Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi? Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər. Hərəkətə keçməyin vaxtı çatıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info