Liviya hərbi texnikasının təmirinə yardım üçün Rusiyadan kömək istəyib
Tarix: 14.03.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Rusiyanın Müdafiə Nazirliyi “Rusiya xüsusi qüvvələri”nin Misirdə yerləşdirilməsi barədə mediada yer alan xəbərləri inkar edib: “Rusiyanın heç bir xüsusi təyinatlı bölməsi Sidi-Barranidə yerləşdirilməyib.
Qərb mediasının anonim mənbələrə istinad edərək belə bir xəbər yayması, təbii ki, birinci dəfə deyil. Maraqlıdır ki, son zamanlar bizim adımızla bağlı belə anonim məlumatlar daha çox Ukrayna və Baltikyanı ölkələrlə də əlaqələndirilir”. Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Koleşnieov bildirib ki, belə bir xəbəri ABŞ kəşfiyyatına istinad edən «Reyters» agentliyi heç bir əsas olmadan yayımlayır. Misir ordusunun nümayəndəsi Tamer al-Rifai də agentliyin yaydığı xəbəri təkzib edib: “Misir ərazisində hazırda heç bir başqa dövlətin əsgəri yoxdur. Bu, suverenitet məsələsidir”. Məlumatlarda bildirilir ki, Misirə yerləşdirilən Rusiya xüsusi təyinatlılarının əsas məqsədi Liviyadır. Rusiyanın Liviyada baza yaratmağa hazırlaşdığı qeyd edilir. Maraqlıdır ki, belə məlumatların yayıldığı vaxt Şərqi Liviya hökuməti hərbi təlim və yararsız hala düşmüş hərbi texnikasının təmirinə yardım üçün Rusiyadan kömək istəyib. “RİA Novosti” Liviya Nümayəndələr Palatasının sədri Akil Issa Salehin məlumatına istinad edərək Moskvanın bu ölkəyə terrorla mübarizədə yardım edəcəyi vədini verdiyini bildirib. “Biz Rusiya hökumətinə hərbi texnikamızın təmiri, eyni zamanda hərbi kadrların hazırlanmasında bizə yardımçı olması xahişi ilə müraciət etmişik. Məlumdur ki, bizim əksər hərbçilərimiz Rusiyada təhsil aldığından onların çoxu rus dilində səlis danışırlar. Bununla yanaşı, onlar Rusiyanın hərbi texnikasını da mükəmməl şəkildə mənimsəyə biliblər. Rusiya da bizim müraciətimizi müsbət cavablandırıb” deyə Akil Issa Saleh bildirib. Akil Issa Salehin sözlərinə görə, yaxın gələcəkdə Liviya ordusu neft yataqları və limanlara nəzarət etmək üçün əməliyyat keçirəcək: “Liviya ordusu tezliklə terror qruplarının nəzarətində olan torpaqları azad edəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info