Elektron nəzarət vasitələrindən istifadə ilə bağlı təkliflər hazırlanır
Tarix: 15.03.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, 2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.
Ədliyyə naziri Fikrət Məmmədov sərəncamın qəbulundan ötən bir ay ərzində görülən işlər barədə AZƏRTAC-a müsahibəsində deyib ki, həmin sərəncam hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoyub: “Sərəncamda qarşıya qoyulmuş hər bir vəzifəni ətraflı təhlil edib, onların vaxtında, mütəşəkkil və dürüst icrasını təmin etmək məqsədilə bu məsələ təxirəsalınmadan Ədliyyə Nazirliyi Kollegiyasının geniş iclasının müzakirəsinə çıxarılıb, konkret tədbirlər müəyyən edilib, elektron nəzarət vasitələrinin funksionallığına və tətbiqi qaydalarına dair təqdimat keçirilib. Həmçinin sərəncamdan irəli gələn vəzifələr Ali Məhkəmədə hakimlərin, dövlət ittihamçılarının və istintaq orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş müşavirədə müzakirə olunub, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin təcrübəli əməkdaşlarından ibarət işçi qrupu yaradılıb”. Nazir deyib ki, sərəncamın əsas məqsədlərindən biri məhz cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatıdır: “Təhlillər göstərir ki, məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməsi penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin sayının çoxalmasına və həmin müəssisələrin yüklənməsinə, ən əsası isə insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb olub. Məhkəmə-Hüquq Şurasının ötən ay keçirilmiş iclasında isə insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılıb, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilib. Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlətimizin başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərib. Bununla əlaqədar sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin tezliklə geniş müzakirəsi nəzərdə tutulur. Cənab Prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır. Bununla əlaqədar qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır. Onu da qeyd etmək lazımdır ki, sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılmasının nəticəsidir ki, həbsdə olan 250-dən çox şəxs təkcə keçən ay ərzində qanunla müəyyən edilmiş qaydada istintaq təcridxanalarından azadlığa buraxılıb. Həmçinin istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı da xeyli azalıb”. Nazir cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir elektron nəzarət vasitələrindən istifadə ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin edilməsi üçün Baş Prokurorluqla birlikdə müvafiq təkliflər hazırlandığını deyib. Nazir deyib ki, Probasiya institutu azadlıqdan məhrum edilməyən məhkumların, yaxud həbs olunmamış təqsirləndirilən şəxslərin müəyyən müddətə xüsusi orqanın nəzarətinə verilməsini nəzərdə tutur. Bu institutun geniş tətbiqi, təbii ki, məhkumların cəzaçəkmə müəssisəsindən kənar, bilavasitə cəmiyyətdə islahına şərait yaradır: Hazırda Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə həyata keçirilən ədliyyə sisteminin inkişafına dəstək layihəsi çərçivəsində ölkəmizdə Probasiya xidmətinin əsasları, əməkdaşlar üçün təlim kurslarının keçirilməsi, məhkumlar üzərində elektron monitorinqin tətbiqi ilə bağlı pilot layihələr hazırlanır. Bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədilə əməkdaşlarımız dünyada mövcud modellərlə tanış olmaq üçün xarici ölkələrə ezam ediliblər. Gürcüstan ədliyyə nazirinin ötən ay Azərbaycana səfəri zamanı həmin ölkənin Probasiya xidməti və “elektron qolbaq”ın tətbiqi ilə bağlı müzakirələr aparılıb və bu təcrübə ilə tanış olmaq məqsədilə nümayəndə heyətimiz təxirəsalınmadan Gürcüstana səfər edib. Bundan əvvəl isə Türkiyənin bu sahədə təcrübəsi tərəfimizdən yerində öyrənilib. Bu xidmətin ölkəmizdə təşkili ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq artıq konkret təkliflər paketi hazırlanıb”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info