Cocuq Mərcanlıda məktəb binasının və 31 evin bünövrəsi qoyulub
Tarix: 15.03.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq tikinti işləri sürətlə davam etdirilir.
AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlıdan xəbər verir ki, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. İş icraçısı Gülməmməd Veysəlovun bildirdiyinə görə, artıq məktəb binasının və 31 evin bünövrəsi qoyulub. Yaxın 10 gün ərzində digər 19 evin də təməli atılacaq. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq. Növbəti mərhələdə daha 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur Tikintidə çalışanların əhvali-ruhiyyəsi yüksəkdir. Hörgü işləri aparan Şahin Nemətov deyib: “Can-başla işləyirik. O gün olsun ki, digər şəhər və kəndlərimiz də işğaldan azad edilsin və orada tikinti işləri aparaq”. Kənd ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi də davam etdirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, 36 gün ərzində Cocuq Mərcanlı kəndində 1 milyon 106 min kvadratmetrdən çox ərazi yoxlanılıb. 22 ədəd partlamamış hərbi sursat, 4 ədəd piyada əleyhinə “OZM-72” mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Hazırda kəndin əkin sahələrinin və ətraf ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info