Pendir idxalçısından ixracatçıya çevrilə bilərikmi?
Tarix: 15.03.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Rayon səviyyəsində orta, kənd səviyyəsində isə kiçik ət və süd məhsulları emalı müəssisələri şəbəkəsinin formalaşdırılması üçün müxtəlif dəstək mexanizmləri hazırlanacaq

Kənd təsərrüfatı sektorunun böyük potensiala malik olduğu hamıya məlumdur. Bu potensialdan yararlanmaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsi də önəmlidir. Kənd təsərrüfatında heyvandarlıq məhsulları, o cümlədən süd və süd məhsulları da geniş imkanlara malikdir. Bu gün süddən geniş çeşiddə hazırlanan məhsullar dünya bazarında böyük gəlirlərin əldə edilməsinə imkan verir.

Pendir bazarı 2022-ci ildə 124 milyard dollar olacaq
Bunun ən konkret nümunəsini qlobal pendir bazarı ilə bağlı hazırlanan hesabat ortaya qoyur. “Zion Market Research” şirkəti, "Pendir Pazarı- Qlobal Sənaye Perspektivi 2016-2022" hesabatı ilə dünyanın ən çox istehlak edilən qidalarından biri olan pendirin iqtisadiyyatda rolunu ortaya qoyub. Hesabata görə, 2016-cı ildə 95 milyard dollar səviyyəsini aşan qlobal pendir bazarının həcminin 2022-ci ildə 124 milyard dollara çatması nəzərdə tutulur. Bazarın əhəmiyyətli bir qisminə inək südündən hazırlanan pendirlər hakim olsa da, camış, qoyun və keçi südündən əldə edilən yüzlərlə növ pendir də ciddi bir istehlak potensialına malikdir. Araşdırmalara görə, bazarda fərqli dada malik pendir növlərinin olması və istehlakın artması önümüzdəki illərdə bazarın böyüməsində də əhəmiyyətli bir faktor olaraq qarşımıza çıxır. Yəni, özlərinin pendir növlərinə sahib çıxan, qoruyan ölkələr müvəffəqiyyətli bir marka və marketinq strategiyası ilə bu işdən çox qazanc əldə edəcəklər. Bu gün dünyanın ən böyük pendir istehsalı Şimali Amerikada reallaşır. Bunun da əsas səbəblərindən biri “fast food” məhsullarında pendirin ciddi miqdarda istifadə edilməsidir.

Avropada pendir bazarı
Avropanın bir çox ölkəsində yeməklərin əsas maddəsi olan pendirə tələbatın artması gözlənilir. Avropada yeməklərin hazırlanmasında təxminən 65 faiz pendir istifadə edilir. Nəticə etibarilə pendir, fərqli mədəniyyətlərdə müxtəlif istifadə sahələrinə malikdir. Bu gün səhər yeməyindən əsas yeməyə, salatdan şirniyyata qədər bir çox sahədə istifadə edilən pendir, hesabatda da toxunulduğu kimi, “fast food” kimi məhsulların da əsas vəsaitini təşkil edir.
Hesabatda, önümüzdəki dövrdə pendir istehlakının artmasının gözlənildiyi bölgələrə də diqqət çəkilir. Məsələn, Asiya- Sakit okeanı hövzəsinin pendir istehlakında gələcək illərdə çox ciddi potensial bazar mövqeyində olacağı bildirilir. Buna səbəb olaraq da “fast food” trendinin adıçəkilən bölgədə artmaqda olması göstərilir.
Bununla yanaşı, Hindistanın süd sənayesindəki sürətli yüksəlişi və bu bölgədəki ən yaxşı pendir istehsalçılarının olması səbəbilə Asiya-Sakit okean hövzəsində ümumi pendir bazar payının əhəmiyyətli bir hissəsini əlində saxlaması gözlənilir.
Latın Amerikasında isə önümüzdəki illərdə, xüsusilə Braziliyada süd sənayesinin böyük ölçüdə sərmayəsi nəticəsində pendir bazarında hərəkət yaşanacağı nəzərdə tutulur.
Hesabatda da göstərildiyi kimi, pendir, ümumi olaraq fermentasiya tipi, yetkinləşmə müddəti kimi meyarlara görə siniflərə bölünür. Bununla yanaşı, pendir, “təbii” və “hazırlanmış” olaraq da növlərə ayrıla bilir. Təbii pendir, sahib olduğu dad və tərkibi baxımından istehlakçıların yüksək tələbi səbəbilə üst seqment qrupunda yer alır. Digər tərəfdən “hazırlanan pendir”in isə pizza və hamburger kimi “fast food” məhsullarında daha çox istifadə edildiyi üçün qarşıdakı dövrdə bazarı canlandıracağı nəzərdə tutulur.
Bu gün qlobal pendir bazarına baxdığımızda müəyyən ölkələrin sanki bütün dünyada əzbər bildiyi pendir növləri bazara hakim vəziyyətdədir.
“Mozzarella”, “cheddar” (CEDAR), “parmesan”, “feta”, “roqufort” (rokfor) ilk ağıla gələnlərdir. Hesabata görə, bunlar arasında isə “cheddar” (CEDAR) ümumi pendir bazarında sahib olduğu 30 faiz pay ilə önə çıxır.

Pendir bazarında hakimiyyət
Almaniyanın əlindədir

Beynəlxalq ticarətdə pendir bazarında isə hakimiyyət Almaniyanın əlindədir.
Dünya Ticarət Təşkilatının 2015-ci il məlumatlarına baxdığımızda 26 milyard dolları təşkil edən pendir ixracat bazarında Almaniya 3,8 milyard dollar ilə bazarın 14,4 faizinə hakimdir. Fransa 3,3 milyard dollarlıq pendir ixracatı ilə bazarın 12,7 faizini əlində saxlayır. Hollandiyanın 3,1 milyard dollarlıq ixracatı ilə bazardan aldığı pay 12 faiz səviyyəsindədir.
Türkiyənin isə pendir ixracatı 2015-ci ildə 162 milyon dollar olduğu halda, 2016-cı ildə bu rəqəm 150 milyon dollar səviyyəsinə geriləmiş vəziyyətdədir. Bu da təxminən ümumi ixracat bazarında mində altıdabir paya bərabər gəlir. Bu gün təkcə Anadoluda 193 çeşid pendir hazırlanır.
Beləliklə, bu gün əlindəki əkinçilik məhsullarını yaxşı qiymətləndirən ölkələr yalnız pendir deyil, bir çox kənd təsərrüfatı məhsulunu qiymətli hala gətirərək ciddi markalar yaradır və dünyaya ixrac edir. Qlobal pendir bazarına istiqamətli bu günü və gələcək gözləntiləri paylaşan bu hesabata nəzər salmaqda məqsəd mövcud potensial haqqında fərq yarada bilməkdir. Çünki gələcəkdə bu bazardan pay almanın yolu bu gün tərtib edilən plan və meydana gətirilən strategiyadan keçir.

Pendir istehsalı artacaqmı?
Göründüyü kimi, bu gün dünyada pendir bazarı böyük bir paya sahibdir və ölkəmiz də bu paydan yararlanır. Belə ki, ölkəmizdə pendir istehlakı yüksək səviyyədədir. Yerli pendir istehsalı ilə yanaşı, idxal da mövcuddur. Qeyd edək ki, idxaldan asılılıq səviyyəsi bütün növ pendir üzrə 2015-ci ildə 15,8 faiz olub. Bu gün mağazalarımızda Türkiyə, Hollandiya kimi müxtəlif ölkələrin pendirlərinə rast gəlmək mümkündür. Azərbaycan 2016-cı ilin yanvar ayında təkcə Ukraynadan təqribən 10,11 ton pendir məhsulu idxal edib. Sözügedən ölkənin əsas böyük satış bazarlarından biri məhz Azərbaycan (26 min dollar; 4,47%) olub.
İstehsala gəldikdə isə pendir və kəsmik 2015-ci ildə 48,5 min ton təşkil edib. Təkcə
Bərdədə pendir istehsalı -142,2 ton olub. Ev təsərrüfatında isə 2014-cü ilin nəticələrinə görə, ölkədə 25380,6 ton pendir istehsal edilib. Dəyəri isə 44410,0 min manat təşkil edib. İxraca gəldikdə isə 2015-ci ildə bu rəqəm 6 ton olub.
Bu gün ölkədə illik istehsal gücü 5 000 tondan çox olan 10-dək iri süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə, demək olar ki, bütün növ süd emalı məhsulları - pasterizə olunmuş içməli süd, kərə yağı, qaymaq, kəsmik, pendir, şor, süd tozu istehsal edilir. Ölkənin süd və süd məhsullarına illik tələbatı 2 milyon tondan çoxdur. Süd və süd məhsullarının adambaşına istehlakı 230 kiloqramı ötür. Rəsmi məlumata görə, bu məhsullara olan daxili tələbatın 85%-ə qədəri yerli istehsal, təxminən 15%-i idxal malları hesabına qarşılanır. Lakin bu gün dünya bazarında pendirin rolunu nəzərə alsaq, nəinki bu məhsulun ölkədə istehsalını artırmalıyıq, ixrac imkanlarını daha da artırmalııyıq. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ində də qeyd edilir ki, heyvandarlıq məhsulları üzrə idxaldan asılılıq səviyyəsinin azaldılması üçün ailə-kəndli təsərrüfatlarının potensialının artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması təcrübəsinin genişləndirilməsi dəstəklənəcək. Bu məqsədlə İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda da tətbiq edilməsi nəzərdə tutulur. Burada əsas məqsəd ailə-kəndli təsərrüfatlarının və digər kiçik təsərrüfatların istehsal potensialından tam istifadə etmək olduğu üçün rayon səviyyəsində orta, kənd səviyyəsində isə kiçik ət və süd məhsulları emalı müəssisələri şəbəkəsinin formalaşdırılması üçün müxtəlif dəstək mexanizmləri hazırlanacaq. Beləliklə, bu istiqamətdə tədbirləri, o cümlədən ixracı artırsaq 124 milyard dollara çatacaq pendir bazarında biz də gəlir əldə edə bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info