“O, yalandan özünə status alıb ki, guya prezidentliyə namizəddir”
Tarix: 16.04.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Müsavat başqanı İsa Qəmbər 20 ildir eyni şey deyir. Azərbaycan hakimiyyəti həmişə azad, ədalətli və demokratik seçkilər keçirib və həmişə də qalib gəlib”. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Trend”ə “ictimai palata”nın sessiyasında səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.
Siyavuş Novruzov isə bu ittihamların cəfəngiyyat olduğunu bildirib: "Onların dedikləri cəfəngiyyatdır, biz onların heç birinə fikir vermirik. Müsavat və onun ərafında fırlananlar istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində həmişə uduzublar". O, bildirib ki, Müsavat Partiyası heç İsa Qəmbərin prezidentliyə namizəd olmasını istəmir, o, yalandan özünə status alıb ki, guya prezidentliyə namizəddir: "Hansı təşkilat səni prezidentliyə namizəd irəli sürüb ki, sən indi namizəd kimi çıxış edirsən?". Regionlarda gərginliklə bağlı səsləndirilən ittihamlara münasibət bildirən S.Novruzov regionlarda heç bir gərginliyin olmadığını diqqətə çatdırıb: "Biz-tez-tez regionlarda oluruq, ictimaiyyətlə görüşürük, ictimaiyyətin əhval-ruhiyyəsi çox yaxşıdır, camaatın münasibəti çox yüksək səviyyədədir. Hər həftə bir neçə rayonda həm gənclərlə, həm də yaşlı nəsillə görüşlər keçiririk və onların hamısı bugünkü siyasətə tam dəstək verir, Prezident İlham Əliyevin gələcəkdə də prezident olmasına səs verəcəklərini əvvəlcədən bəyan edirlər".




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info