Dünya Su Şurasının sədri: “Azərbaycan bir sıra ölkələrə nümunədir“
Tarix: 15.03.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


"Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət xarici ölkələrə nümunə olmalıdır". Bunu Bakıda keçirilən "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda beynəlxalq elmi-praktiki konfransda Dünya Su Şurasının sədri Benedito Braqa bildirib.
Onun sözlərinə görə, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4%-ni ayırır: "Ancaq bu məbləğ minimum 6-7% olmalıdır. Azərbaycanda bu göstərici 14% təşkil edir. Bu möhtəşəm və nümunə götürüləsi haldır. Azərbaycan hökuməti suyun keyfiyyəti və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var. Su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün bu I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir".
O bildirib ki, 100 il əvvəl Şollar su mənbəyindən 170 km uzunluğunda Bakıya çəkilən su kəməri Bakının suya olan tələbatını daha da yaxşılaşdırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info