FHN Akademiyası kursant qəbulu elan edir
Tarix: 15.03.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində kursant qəbulu elan edir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək, boyu 170 santimetrdən az olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti dörd ildir. Təhsil ödənişsiz əsaslarla əyani şöbədə olmaqla Azərbaycan dilində aparılır. Akademiyada müasir avadanlıqla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.
Sənədlər aprelin 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir. Ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından almaq mümkündür.
Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info