“Ali məktəblərimizdə əcnəbi tələbələrin təhsil alması üçün imkanlar yaradılıb”
Tarix: 15.03.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 700-ə qədər təhsil müəssisəsi məhv edilib”. Bu sözləri Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib.
M. Cabbarov deyib ki, 2010-cu ildə Ağdam rayonunda Fariz Bədəlov Ermənistan əsgərləri tərəfindən snayperlə qətlə yetirilib :“Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün təşəbbüsləri əngəlləyir”.
 Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan qçqın və məcburi köçkün tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilməkdədir. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində etnik nifrətin aşılanması siyasətini seçməyib: “Azərbaycanda multikulturalizm və tolerantlığı aşılayan təhsil sistemi mövcuddur. Ermənistanda isə bunun əksidir. Azərbaycanda tarixən müxtəlif millətlər mehribançılıq və sülh şəraitində yaşayıb. Azərbaycan tolerantlıq sahəsində dünyaya nümunədir, antisemitizmin olmadığı nadir ölkələrdəndir. Biz inanırıq ki, gənclərin çoxdilli mühitdə təhsil alması cəiyyətdə tolerantlığın güclənməsinə töhfə verəcək. Bu baxımdan ali təhsil müəssisələrimizdə müxtəlif ölkələrin tələbələrinin təhsil alması üçün imkanlar yaradılıb. Yalnız həqiqi vətəndaşlar kimi yetişdirilən insanlar millətin gələcəyinə töhfə verə bilər. Təhsil millətin gələcəyi üçün ən yaxşı vasitədir ”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Daha 304 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info