Ermənilərdən daha bir təxribat
Tarix: 15.03.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Elektron media və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı apardığı informasiya müharibəsində uduzduğunu anlayan düşmən Ermənistan bu dəfə “Android” və “İOS” sistemli telefonlar vasitəsi ilə cəmiyyətimizə qarşı yeni çirkin planlarını həyata keçirmək niyyətindədir.
Bu günlərdə Ermənistan Barselonada keçirilən “2017 Mobil Dünya Konqresi”ndə Skype, Viber və WhatsApp-a alternativ olan “Zangi Messenger” proqramını təqdim edib. Ermənilər rəsmi olaraq “Zangi Messenger”lərini 2015-ci ildə istifadəyə verdiklərini desələr də, nədənsə “Android” və “İOS” sistemli platforma üzərində işləyən proqramlarının təqdimatını son vaxtlar cəbhədə təxribat cəhdlərinə cavab olaraq aldıqları sarsıdıcı zərbələrdən sonra keçirməyə qərar veriblər.
Vətəndaşlarımızın WhatsApp, Skype, Viber və bu kimi proqramların istifadəsinə maraqlarını nəzərə alaraq ermənilərin rabitə proqramları bazarına çıxardıqları “Zangi Messenger”in ölkəmiz üçün hansı təhlükələr doğurduğunu araşdırmaq qərarına gəldik. Bu zaman qarşımıza çıxan bir çox faktlar yenə də ermənilərin əsas məqsədlərinin Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirmək olduğuna şübhə yeri qoymadı.
Başlayaq elə bu proqramın təqdimat loqosundan. Təqdimat mərasimdə nümayiş olunan loqodan da aydın göründüyü kimi erməni proqramı ilk baxışdan Azərbaycan auditoriyası üçün cəlbedici olmaq və vətəndaşlarımızı şübhələndirməmək üçün belə tərtib edilib. Proqram istifadəçilərə demək olar ki, “Zangi Messenger” kimi yox “ZƏNGİ” kimi təqdim edilir. Bununla bərabər messencerin çıxarıldığı “Play store”da yükləyicilərə bu proqramın kimə məxsus olduğu və hansı ölkənin İT mühəndisləri tərəfindən hazırlandığı barədə heç bir məlumat verilmir.
Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzarətindəki bu proqramın baza və əsas serverinin də harada yerləşməsi barədə heç bir məlumat göstərilməyib.
Proqramın idarəçiliyinə və əsas bazasına nəzarət edən 25 erməni texniki bu proqramın “tam təhlükəsiz olduğuna” təminat veriblər. Proqram yüklənərkən isə istifadəçiyə onun yerləşdiyi məkandan tutmuş, telefon əlaqələri, danışıqları, şəxsi məlumatları, fotoşəkilləri, videoları, blutus yükləmələri və sair kimi bütün şəxsi sirlərinin proqram tərəfindən əldə ediləcəyi bildirilir.
Əsas baza və serveri ermənilərin əlində olan “Zangi Messenger”in ölkəmiz və cəmiyyətimiz üçün hansı dərəcədə təhlükəli olduğunu təsəvvür etmək çətin deyil. Ermənilər ölkəmizdən olan istifadəçilərdə maraq yaratmaq üçün azərbaycanlı adları altında saxta profillər yaradaraq rəy yazmağı da yaddan çıxarmayıblar.
Hazırda bu proqramın 500 min istifadəçisi mövcuddur. Düşmən ölkə yaxın vaxtlarda vətəndaşlarımızı “Zangi Messenger”dən istifadəyə cəlb etmək üçün proqramın Azərbaycan və türk dillərində əlavələrini təqdim etməyə hazırlaşır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info