Fransada yaşayan Azərbaycan icması bəyanat qəbul edib
Tarix: 15.03.2017 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimizi kimi, martın 14-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək mitinqi keçirilib. Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev AZƏRTAC-a bildirib ki, mitinq iştirakçıları Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri ilə bağlı bu ölkədə yaşayan Azərbaycan icması adından bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir : “Biz, Fransada yaşayan Azərbaycan icması 2017-ci il martın 13-14-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini dəstəkləyirik.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr çox yüksək səviyyəyə çatıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlər və parlamentlər arasında sıx münasibətlərin qurulması, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı ölkələrimizin əməkdaşlıq coğrafiyasını genişləndirir ki, bu da qarşılıqlı əlaqələrin getdikcə möhkəmləndiyinin göstəricisidir.
Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu il Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 25 illik yubileyi hər iki ölkədə qeyd olunur.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmadığını qeyd etmək olduqca vacibdir. Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı, bu ərazilərdən azərbaycanlı əhalinin doğma torpaqlarından silah gücünə didərgin salınması ilə nəticələnib. Bu gün əhalisinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün olan Azərbaycan uzun illərdir ki, müharibə şəraitində yaşayır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi bir neçə gün əvvəl 25 illik anım tarixini qeyd etdiyimiz, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə törədilmiş Xocalı soyqırımı olub. Xocalı soyqırımına şəxsən rəhbərlik etmiş, Ermənistanın bugünkü prezidenti Serj Sarkisyan bu soyqırımını beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə etiraf edib.
BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnamələri münaqişənin həlli üçün hüquqi əsaslar yaradıb. Bu qətnamələrdə Azərbaycana qarşı güc işlədilməsi və onun ərazilərinin işğal olunması qətiyyətlə pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqlənib, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğu qeyd edilib. Bu qətnamələr işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. BMT-nin, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin 2005-ci və 2016-cı illərdə qəbul etdiyi qətnamələrinə, eləcə də ATƏT-in Minsk qrupunun və bütövlükdə dünya ictimaiyyətinin səylərinə baxmayaraq, münaqişə bu gün də həll olunmamış qalmaqdadır. 1994-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmadan sonra da Ermənistan qoşunların təmas xəttinin yaxınlığında yerləşən mülki əhaliyə hücumlarını dayandırmır və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən sülh təkliflərinin heç birini qəbul etmir. Bu gün məcburi köçkün həyatı yaşayan hər bir azərbaycanlının yeganə arzusu öz doğma torpaqlarına qayıtmaqdır və bu işğal sonsuz davam edə bilməz.
Fransada yaşayan azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlər görülməsini ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik.
Bütün həqiqətlərin əksinə olaraq, özünün başladığı təcavüzdə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuz davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq.
Azəraycan Prezidenti İlham Əliyevin hazırda Fransada olduğunu nəzərə alaraq, biz dövlətimizin başçısının Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığı siyasətə dəstəyimizi bildirir və bu siyasətin münaqişənin tezliklə və birdəfəlik həllinə gətirib çıxaracağına ümid edirik”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info