“Havana“ telekanalı “Odlar Yurdu Azərbaycan“ filminin çəkilişlərinə başlayıb
Tarix: 15.03.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın Kubadakı səfirliyi və Kubanın Radio və Televiziya Təşkilatının birgə dəstəyi ilə "Havana" televiziya kanalı Azərbaycanın tarixi və mədəniyyətinə həsr edilmiş "Odlar Yurdu Azərbaycan" on hissədən ibarət sənədli filmin çəkilişlərinə başlayıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, sənədli filmin ilk hissəsinin xalqımızın əziz bayramı olan Novruz bayramına həsr edildiyini nəzərə alaraq, 2017-ci ilin fevralın 21-dən başlayaraq Azərbaycanda bayram şənlikləri ilə qeyd edilən hər çərşənbə axşamlarında Kubanın televiziya və radio kanalları vasitəsi ilə reportajlar yayımlanır və Novruz bayramının adətləri geniş təbliğ edilir.
Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edilməsi ilə bağlı həyata keçirilən hazırkı layihə çərçivəsində 2017-ci ilin mart ayının 14-də Kubanın "Havana" televiziya kanalının gün ərzində efirə getmiş xəbərlər verilişlərində Azərbaycanda İlaxır və ya Torpaq çərşənbəsinin adətlərindən bəhs edən növbəti reportaj nümayiş etdirilib.
Reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ailə üzvləri də başda olmaqla bütün Azərbaycan xalqının hər il böyük sevinclə Novruz bayramını qarşıladığı vurğulanıb. Bildirilib ki, hazırda odlar yurdu Azərbaycanda sülhsevər mədəniyyəti və təbiət sevgisini özündə əks etdirən Novruz bayramının gəlişindən xəbər verən sonuncu Torpaq çərşənbəsi qeyd edilir.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Havana televiziya kanalına müsahibəsində Novruz bayramının çərşənbə axşamları və xalqımızın özünəməxsus adətləri və inancları haqda bəhs edib. Novruz bayramının Azərbaycan xalqına məxsus adətləri haqda reportajların Kubanın televiziya və radio kanalları vasitəsi ilə yayımlanması davam etdirilir.
Havana kanalında martın 14-də efirə getmiş llaxır Çərşənbə haqda növbəti televiziya reportajının yazısını aşağıdakı link vasitəsi ilə izləmək olar:
https://youtu.be/2nw6OcnzabU

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info